• $
  • £

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi
19.03.2026 17:04

Ölkənin birinci bankı Kapital Bank Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində məktəblilərin maliyyə savadlılığının artırılmasına yönəlmiş “Smart Money Talks” adlı maarifləndirici sessiya təşkil edib.

Dünyanın bir çox ölkəsində hər il keçirilən Qlobal Pul Həftəsi uşaqlar və gənclər arasında maliyyə savadlılığının artırılmasını hədəfləyən beynəlxalq təşəbbüsdür. Bu təşəbbüs gənclərin erkən yaşlardan pulun idarə olunması, maliyyə qərarlarının verilməsi və şəxsi maliyyə təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlar əldə etməsini təşviq edir.

Kapital Bank da bu təşəbbüsə qoşularaq təşkil etdiyi “Smart Money Talks” sessiyası ilə məktəblilərin maliyyə mövzularında ilkin biliklərinin formalaşmasına töhfə verib. Sessiya zamanı iştirakçılar pul və maliyyə anlayışları ilə tanış olub, şəxsi büdcənin idarə olunmasının əsas prinsiplərini öyrəniblər. Onlara qənaət, maliyyə planlaşdırması və düzgün maliyyə qərarlarının əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, gündəlik həyatda rast gəlinən maliyyə riskləri və fırıldaqçılıq halları barədə maarifləndirici məlumatlar təqdim olunub.

Elm və Təhsil Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə baş tutan tədbirdə Bakı şəhərində yerləşən 34, 35, 36, 164 nömrəli tam orta ümumtəhsil məktəblərinin və 246 nömrəli məktəb-liseyin 5-8-ci sinif şagirdləri iştirak ediblər. Ümumilikdə 50 şagirdin qoşulduğu sessiya interaktiv formatda təşkil olunub. Kapital Bank gənc nəslin maliyyə savadlılığının artırılması istiqamətində təşəbbüslərini davam etdirməyi planlaşdırır.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda gündəlik neft hasilatı iyulda 453 min barelə düşüb
İqtisadiyyat 16:16
Azərbaycanda gündəlik neft hasilatı iyulda 453 min barelə düşüb
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
İqtisadiyyat 14:45
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
Bir-dən təqaüdçülər üçün “Hər yaşa dost” təşəbbüsü
İqtisadiyyat 10:15
Bir-dən təqaüdçülər üçün “Hər yaşa dost” təşəbbüsü
Azərbaycanda bir gündə 66 cinayətin üstü açılıb
İqtisadiyyat 10:01
Azərbaycanda bir gündə 66 cinayətin üstü açılıb
“Azeri Light” neftinin qiyməti 95,57 dollara yüksəlib
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 95,57 dollara yüksəlib
“Neomotors”a rəqabət qanunvericiliyini pozduğuna görə maliyyə sanksiyası tətbiq edilib
İqtisadiyyat 17:26
“Neomotors”a rəqabət qanunvericiliyini pozduğuna görə maliyyə sanksiyası tətbiq edilib
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3,4% artıb
İqtisadiyyat 14:25
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3,4% artıb
Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 6,3% üstələyib
İqtisadiyyat 10:40
Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 6,3% üstələyib
“Azeri Light” nefti 95 dolları keçib
İqtisadiyyat 10:07
“Azeri Light” nefti 95 dolları keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol