Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.Bu barədə APA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Rəşad Həsənov Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı, Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı, ADA Universitetində baş müəllim, Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı vəzifələrində çalışıb.
2021-ci ildən etibarən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.