• $
  • €
  • ₽
  • ₺
  • £

Universitet müəllimlərinin maaşları yeni meyarlarla hesablanacaq

Universitet müəllimlərinin maaşları yeni meyarlarla hesablanacaq
10.12.2013 11:20
Elxan Hüseynov: "Bəzi müəllimlərin maaşı 800-1000 manata çatıb"Azərbaycanda ali məktəb müəllimlərinin əməyi və səviyyəsi fərqləndirilməlidir. ANS PRES-in məlumatına görə, təhsil nazirinin müşaviri Elxan Hüseynov Trend-ə bildirib ki, Nazirlər Kabinetinin 2012-ci ilin sonunda "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" qərarının ləğvindən sonra ali məktəblərdə işçilərin əməkhaqlarının yenidən müəyyənləşdirilməsi istiqamətində işlər görülüb, professor-müəllim heyətinin maaşları fərqləndirmə prinsipi ilə müəyyənləşdirilir. Bəzi müəllimlərin maaşı 800-1000 manata çatıb: "Ancaq hələ ki işində innovativ texnologiyalardan kifayət qədər istifadə etməyən müəllimlər onlardan 20 faiz, hətta daha az əməkhaqqı alırlar. Deməzdim ki, bütün ali məktəblər bu qərarın icrası ilə bağlı məsələləri eyni səviyyədə həll edə biliblər. Az bir müddətdə bu sahədə iş görülsə də, bu işlər davam etməlidir. Hesab edirəm ki, yaxın zamanda bu sistemin tamamilə tətbiqi mümkün olacaq".Nazir müşaviri bildirib ki, fərqləndirmə və stimullaşdırma prinsipi müəllimlər arasında rəqabəti artırar və son nəticə olaraq təhsilin keyfiyyətinə ciddi təsir göstərər.Onun sözlərinə görə, ali məktəblərdə müəllimlər üçün fərdi qaydada əməkhaqqının müəyyənləşdirilməsi asan məsələ deyil. Ali məktəblərin rəhbərliyi, Elmi şuraları əmək haqlarını müəyyənləşdirərkən müəllimin açıq dərslərinin müzakirəsinin nəticələri, yazdığı dərsliklərin və dərs vəsaitlərinin günün tələblərinə cavab verməsi, müəllimin mühazirələrinin elektron versiyasına marağın səviyyəsi, tələbələrlə etik davranışı, keçdiyi mövzulara tələbələrin diqqətini cəlb edə bilib-bilmədiyi kimi məsələləri nəzərdən keçirməlidirlər: "Ona görə də Elmi şuraların üzərinə çox böyük iş düşür. Onlar alimlərin şərti olaraq reytinq cədvəlini hazırladıqdan sonra hansı müəllimin hansı maaşa layiq görüldüyünü müəyyənləşdirə bilərlər".E.Hüseynov bildirib ki, ali məktəb rəhbərlərinin bir müəllimə artıq maaş verməsi ilə bu məsələ həll olunmur. Məktəblərdə hər fakültə üzrə aparıcı müəllimlər müəyyənləşdirilməli, onun işinin keyfiyyəti, rəhbərliyi ilə müdafiə edilən buraxılış və diplom işlərinin səviyyəsi araşdırıldıqdan sonra maaş təyin edilməlidir. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol