Azərbaycan terror təhlükəsinə görə ən təhlükəsiz ölkələr sırasındadır
Global Terrorism Index 2026 (GTI) üzrə açıqlanan yeni reytinqdə terror təhlükəsinin ən yüksək olduğu ölkələr sırasında Pakistan (8.574), Burkina Faso (8.324) və Niger (7.816) ilk üçlükdə yer alıb.
Hesabata görə, Suriya 6-cı, İsrail 10-cu, Əfqanıstan 11-ci, Hindistan 13-cü, Rusiya 17-ci, İran 18-ci, ABŞ 28-ci, Almaniya 29-cu, Fransa 35-ci, Türkiyə 36-cı, Çin 54-cü, İsveçrə 67-ci, Birləşmiş Ərəb Əmirlikləri 68-ci, Gürcüstan 77-ci, Ermənistan isə 81-ci yerdə qərarlaşıb.
Azərbaycan ötən ilin hesabatında 0.233 indekslə 90-cı yerdə olduğu halda, 2026-cı ildə 0.123 indekslə 93-cü pilləyə yüksəlib. Bu nəticə ölkəni 1-dən 100-ə qədər artan şkala üzrə terror təhlükəsinin ən aşağı olduğu dövlətlər sırasına daxil edir.
GTI reytinqləri terror hadisələrinin sayı, ölüm halları, ağır nəticələr, girovlar, terrorla mübarizə və digər göstəricilər əsasında hesablanır. Hesabat İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanır və BMT, OECD, Dünya Bankı kimi qurumlar üçün istinad mənbəyi hesab olunur.
Hesabat fonunda Azərbaycan regionda mürəkkəb geosiyasi şəraitə baxmayaraq, son illər daxili sabitlik və təhlükəsizlik göstəricilərini qoruyaraq yüksək təhlükəsizlik reytinqini saxlayıb.
Son xəbərlər
Daha çox