• $
  • £

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
31.03.2026 09:42

Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 31-i saat 09:00-a olan məlumata əsasən, qar örtüyünün hündürlüyü Şahdağda 49, Zaqatalada (Əlibəy) 11, Qaxda (Sarıbaş) 10 sm-dir.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 33, Şəkidə (Kişçay) 32, Zaqatalada 23, Oğuzda 20, Balakən və Şahdağda 17, Xaçmazda 10, Qəbələdə 9, Naxçıvan və Şahbuzda 8, Şəmkirdə 7, Qusarda 6, Gəncədə 5, Culfa, Yevlax, Ordubad, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Tovuz, Mingəçevir, Göyçay, Ağdam, Daşkəsən, Göygöl, Goranboy, İsmayıllı, Quba, Tərtər, Kəlbəcər, Şuşa və Bərdədə 5 mm-dək qeydə alınır.

Martın 30-da bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Lerikdə 19, Yardımlıda 18, Zəngilanda 17, Astarada 16, Zaqatala və Oğuzda 15 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Quba, Qusar, Tərtər, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeron Gənclər Şəhəriciyində sakinlər zirzəmilərin su basmasına etiraz edir - Video
Cəmiyyət 11:16
Abşeron Gənclər Şəhəriciyində sakinlər zirzəmilərin su basmasına etiraz edir - Video
Araz Ağalarov 70 yaşında yenidən evlənib
Cəmiyyət 10:21
Araz Ağalarov 70 yaşında yenidən evlənib
DİN martın 30-u üzrə əməliyyat statistikalarını açıqlayıb
Cəmiyyət 10:12
DİN martın 30-u üzrə əməliyyat statistikalarını açıqlayıb
Ağstafanın bir neçə kəndində qaz kəsiləcək
Cəmiyyət 10:00
Ağstafanın bir neçə kəndində qaz kəsiləcək
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:42
Faktiki hava açıqlanıb
Azərbaycan terror təhlükəsinə görə ən təhlükəsiz ölkələr sırasındadır
Cəmiyyət 09:23
Azərbaycan terror təhlükəsinə görə ən təhlükəsiz ölkələr sırasındadır
Xırdalanda suyun altında qalan evlərə dəyən ziyanı kim ödəyəcək? - Video
Cəmiyyət 08:53
Xırdalanda suyun altında qalan evlərə dəyən ziyanı kim ödəyəcək? - Video
ANAMA-nın əməkdaşı Xocalıda qəzaya düşərək ölüb
Cəmiyyət 19:00
ANAMA-nın əməkdaşı Xocalıda qəzaya düşərək ölüb
Şəmkirdə 33 yaşlı kişi anasını qətlə yetirib, daha sonra özünü yandırıb
Cəmiyyət 15:48
Şəmkirdə 33 yaşlı kişi anasını qətlə yetirib, daha sonra özünü yandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol