Şuşa və Füzulidə peşə məktəblərinin tikintisi 2026-cı ilin sonuna tamamlanacaq
Şuşa və Füzuli şəhərlərində peşə məktəblərinin tikintisi 2026-cı ilin sonuna qədər tam başa çatacaq. Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.
Onun sözlərinə görə, həmin təhsil müəssisələrinin fəaliyyətə başlaması əhalinin bu ərazilərə köçü ilə müəyyən olunacaq.
Ümumilikdə Qarabağ bölgəsində 8 peşə təhsil müəssisəsinin tikilməsi planlaşdırılır.
Prezidentin sərəncamına əsasən, 2030-cu ilə qədər Azərbaycanda 21 peşə məktəbinin yenidən tikilməsi və 2 peşə məktəbinin yenidən qurulması nəzərdə tutulur.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox