• $
  • €
  • ₽
  • ₺
  • £

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
03.04.2026 14:57

Bu ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi orta hesabla 128,5 bənd olub ki bu, fevral ayı ilə müqayisədə 3 bənd (2,4 %) çoxdur.

"Report" FAO-ya istinadən xəbər verir ki, bütün əmtəə qrupları üzrə taxıl, ət, süd məhsulları, bitki yağları və şəkər qiymət indeksləri müxtəlif dərəcələrdə artıb. Bununla belə, mövcud göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 bənd (1 %) yuxarı, 2022-ci ilin martında qeydə alınmış pik nöqtədən isə 31,7 bənd (19,8 %) aşağıdır.

FAO Taxıl Qiymət İndeksi ötən ay orta hesabla 110,4 bənd təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 1,7 bənd (1,5 %), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,7 bənd (0,6 %) artıb. ABŞ-də quraqlıq və Avstraliyada gübrə xərcləri səbəbindən əkinin azalacağı qorxusu beynəlxalq buğda qiymətlərini 4,3 % artırıb. Dünya qarğıdalı qiymətləri cəmi 0,9 % artıb.

FAO Düyü Qiymət İndeksi isə martnda 3 % azalıb. Bu azalma məhsul yığımı təzyiqi, zəif idxal tələbi və valyutaların ABŞ dollarına nisbətdə ucuzlaşması fonunda bütün əsas bazar seqmentlərində müşahidə olunub.

FAO Bitki Yağları Qiymət İndeksi ötən ay əvvəlki ayla müqayisədə 5,1 % (8,9 bənd) artaraq 183,1 bəndə çatıb və ardıcıl üçüncü ayda da artım nümayiş etdirib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur. Bu artım palma, soya, günəbaxan və raps yağlarının qiymətlərindəki bahalaşması hesabına olub. Neftin bahalaşması və Malayziyada istehsalın azalması ilə palma yağı qiymətləri 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə çatıb. Eyni zamanda, Qara dənizdəki tədarük problemləri və bioyanacaq sektorunun tələbi günəbaxan və raps yağlarının qiymətlərini də artırıb.

FAO Ət Qiymət İndeksi martda 1 % artaraq 127,7 bənd təşkil edib ki, bu da illik müqayisədə 8 % artım deməkdir. Avropa İttifaqında tələbatın artması, Braziliyada tədarükün azalması donuz və mal ətini bahalaşdırıb. Digər tərəfdən, Yeni Zelandiya və Braziliyadan ixracın çoxalması, həmçinin logistik marşrutların Qırmızı dəniz vasitəsilə dəyişdirilməsi qoyun və quş ətinin ucuzlaşmasına səbəb olub.

FAO Süd Məhsulları Qiymət İndeksi ötən ay 1,2 % artaraq 120,9 bəndə çatıb. Bu, ötən ilin iyul ayından bəri qeydə alınan ilk artımdır. Kərə yağı və süd tozlarına olan güclü tələbat, həmçinin Okeaniyada istehsalın azalması qiymətləri artırsa da, Avropa İttifaqında süd bol olduğu üçün pendirin ucuzlaşması ümumi bahalaşmanı məhdudlaşdırıb.

FAO Şəkər Qiymət İndeksi martda fevral ayı ilə müqayisədə 7,2 % artaraq 92,4 bəndə çatıb. Bu da ötən ilin noyabrından bəri ən yüksək səviyyədir. Neftin bahalaşması və Yaxın Şərqdəki gərginlik şəkər qiymətlərini artırsa da, Hindistan və Taylandda məhsulun bol olması bu artımı zəiflədib. Braziliyada şəkər yerinə etanol istehsalına üstünlük verilməsi də qiymətlərin yüksəlməsinə səbəb olub.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol