Qəm qazından zəhərlənən ailənin 2 uşağı nəzarətə götürülüb
Sumqayıt şəhərində baş vermiş hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb və diqqətdə saxlanılır. Bu barədə Anews.az-ın sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq komitəsindən cavab olaraq bildirilib.
Hadisə baş verən ailəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də yerli icra hakimiyyəti və Bəllədiyyə nümayəndələri tərəfindən yerində baxış keçirilib. Ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb.
Hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində davam etdirilir və onların vəziyyəti həkim nəzarətindədir. Baş verən hadisənin dəm qazından zəhərlənmə ehtimalı araşdırılır və bu istiqamətdə müvafiq yoxlamalar aparılır.
"Aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək. Bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir.
Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək",- məlumatda qeyd olunub.
Aytac Zeynalova