Xocavəndə köç karvanı yola salınıb
Xocavənd 33 ailə olmaqla, ümumilikdə 142 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən bildirilib.
Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
2025-ci ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 194 nəfər, Qırmızı Bazar qəsəbəsinə 604 nəfər, Sos kəndinə 360 nəfər, Hadrut qəsəbəsinə 233 nəfər, Xocavənd kəndinə isə 94 nəfər olmaqla, ümumilikdə 1485 nəfərin - 355 ailənin qayıdışı təmin edilib.
Xocavəndin ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir.
Aytac