Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Sabirabad, Samux və Ağcabədi rayonlarında ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara yaşıllıqlara 317180 manat ziyan dəydiyi müəyyən edilib.Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, araşdırma zamanı Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli, Xətai rayonu İnqilab İsmayılov küçələrində, Binəqədi rayonu Novxanı bağlar massivində, Nəsimi rayonu Cəlil Məmmədquluzadə 139 ünvanında, Badamdar qəsəbəsi C.İbrahimli küçəsi 15 ünvanında, Abşeron rayonu Aşağı Güzdək və Masazır qəsəbələri ərazisində, Abşeron rayonu Məmmədli-Kürdəxanı avtomobil yolunun sol hissəsində, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 151 ünvanında, Sabirabad rayonu Sarxanbəyli kəndi yaxınlığında, Samux rayonu Yenikənd kəndi və Ağcabədi rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 317180 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Son xəbərlər
Daha çox