Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Saatlıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanılıb.
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı sürücülər – İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə müəyyən edilərək saxlanılıblar.
Müayinə nəticəsində onların marixuana istifadə etdikdən sonra nəqliyyat vasitəsi idarə etdikləri aşkarlanıb.
Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.
Bundan əlavə, rayon ərazisində aparılan profilaktik tədbirlər zamanı spirtli içki təsiri altında sükan arxasına keçən daha 7 sürücü də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.