Nazir Adil Kərimlidən yeni təyinat
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.
Bununla əlaqədar mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Tural Kərimov Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.