Nazir -buğda məhsuldarlığını 5 tona çatdırmağı hədəfləyirik
Azərbaycanda ərzaqlıq buğda istehsalının artırılması əsas prioritetlərdən biridir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov anews.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ötən il ərzaqlıq buğda proqramına qoşulan fermerlər 22 min hektar sahədən 126 min ton məhsul əldə ediblər.
“Bu il həmin sahə 29 min hektara çatdırılıb. Məqsədimiz bu göstəricini ildən-ilə artırmaqdır”, - nazir qeyd edib.
Məmmədov bildirib ki, ötən il proqram çərçivəsində ərzaqlıq buğda üzrə orta məhsuldarlıq hektardan 5,7 ton təşkil edib.
Halbuki ölkə üzrə buğda məhsuldarlığı orta hesabla 3 ton ətrafındadır.
“Hazırda əsas hədəfimiz ölkədə buğda istehsalında məhsuldarlığı hektardan 3 tondan 5 tona qaldırmaqdır”, - nazir əlavə edib.
Gülnar Nazimqızı