• $
  • £

Vüsal Hüseynov: Şəhərlər miqrasiyanın real şəkildə hiss olunduğu məkanlardır

Vüsal Hüseynov: Şəhərlər miqrasiyanın real şəkildə hiss olunduğu məkanlardır
20.05.2026 15:46

Miqrantlar yalnız əmək və ticarət vasitəsilə deyil, həm də bilik, yaradıcılıq və sosial kapital vasitəsilə töhfə verirlər. Buna görə də miqrasiyanın idarə olunması və şəhər idarəçiliyi artıq ayrı-ayrılıqda nəzərdən keçirilə bilməz. Onlar birlikdə idarə olunmalıdır. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

"Miqrasiya ilə urbanizasiya arasındakı əlaqələri araşdırmaq və uyğun idarəetmə mexanizmlərini nəzərdən keçirmək vasitəsilə bu istiqamətdə fəaliyyət göstəririk. Bugünkü tədbir həmçinin iki həftə əvvəl keçirilmiş Beynəlxalq Miqrasiya İcmal Forumunda başlanan qlobal dialoqun bir hissəsidir. Yeni Şəhər Gündəliyi inklüziv şəhər inkişafının əhəmiyyətini və miqrantların şəhərlərin formalaşmasındakı rolunu qəbul edir. Qlobal Miqrasiya Paktı isə vurğulayır ki, effektiv miqrasiya idarəçiliyi davamlı inkişaf nəticələrinə birbaşa töhfə verir",- o bildirib.

Onun sözlərinə görə, Hesabatda beynəlxalq miqrasiyanın artan dinamikası qeyd olunur və 2024-cü ilədək miqrantların sayının 304 milyona çatdığı, bunun isə dünya əhalisinin 15,3 faizini təşkil etdiyi bildirilir

".Bu gün dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı gözlənilir. Miqrantlar bu prosesin bir hissəsidir və şəhər transformasiyasının əsas hərəkətverici qüvvələrindən biri hesab olunurlar. Miqrantlar yalnız əmək və ticarət vasitəsilə deyil, həm də bilik, yaradıcılıq və sosial kapital vasitəsilə töhfə verirlər. Buna görə də miqrasiyanın idarə olunması və şəhər idarəçiliyi artıq ayrı-ayrılıqda nəzərdən keçirilə bilməz. Onlar birlikdə idarə olunmalıdır",- o əlavə edib

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 21:09
Xəzər dənizində zəlzələ olub
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub
Cəmiyyət 20:32
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub
Samuxda kütləvi zəhərlənmə olub
Cəmiyyət 20:12
Samuxda kütləvi zəhərlənmə olub
Bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 19:55
Bu ərazilərdə qaz kəsiləcək
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda açıq tipli vaqonlar olmayacaq
Cəmiyyət 18:13
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda açıq tipli vaqonlar olmayacaq

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 1,3 mlrd. manata yaxınlaşıb
Cəmiyyət 17:36
Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 1,3 mlrd. manata yaxınlaşıb

Moskvada 129 illik temperatur rekordu qırılıb
Cəmiyyət 16:49
Moskvada 129 illik temperatur rekordu qırılıb
Türkiyədə vətəndaşlara dövlət zəmanəti ilə aşağı faizli ödəniş imkanları təqdim olunur
Cəmiyyət 16:15
Türkiyədə vətəndaşlara dövlət zəmanəti ilə aşağı faizli ödəniş imkanları təqdim olunur
Dünyada 304 milyon beynəlxalq miqrant mövcuddur
Cəmiyyət 15:59
Dünyada 304 milyon beynəlxalq miqrant mövcuddur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol