• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədovanın həbsxanaya köçürülmə vaxtı açıqlandı

Gülər Əhmədovanın həbsxanaya köçürülmə vaxtı açıqlandı
04.12.2013 15:11
“Apellyasiya şikayəti verildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə Apelyasiya Məhkəməsi bununla bağlı qərar çıxaracaq. Daha sonra məhkumun cəzaçəkmə müəssisəsinə göndərilməsi məsələsi həll olunacaq”. Bunu Modern.az-a açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov eks-deputat Gülər Əhmədovanın nə zaman cəzaçəkmə müəssisəsinə göndəriləcəyi barədə sualımıza cavab olaraq deyib. Onun sözlərinə görə, Gülər Əhmədovanın vəkili bəyan edib ki, məhkəmə qərarından apellyasiya şikayəti vermək fikirləri var. “Məhkum olunmuş şəxsin belə bir hüququ var. Cinayət-prosessual qanunvericiliyində apellyasiya şikayəti vermək müddətləri var. Şikayətlərə apellyasiya baxışı  keçiriləndən, müvafiq qərar qəbul olunur və ilkin məhkəmə qərarı qüvvədə saxlanırsa, təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə yerləşdirilir. Gülər Əhmədova ilə də bağlı bu prosedur keçiləcək”.Gülər Əhmədova hazırda Bakı İstinqtaq Təcridxanasında saxlanılır. Onun vəkili qarşıdakı bir həftə müddətində Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini deyib. Eks-deputatın vəkili Əfsər Talıbovdur.Xatırladaq ki, məhkəmə Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib.  ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol