• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda jurnalistlərə qarşı zor tətbiq olundu

Azərbaycanda jurnalistlərə qarşı zor tətbiq olundu
03.12.2013 17:23
El və Azad Azərbaycan televiziyalarının əməkdaşları Ağcabədi Rayon Elektrik Şəbəkəsində zorakılıqla üzləşiblər. İdarənin nümayəndələri Ağcabədi rayonu Ergi düzündə yaşayan 30-a yaxın məcburi köçkün ailəsinin işıq probleminə aydınlıq gətirmək əvəzinə, qanunlara sığmayan hərəkətlər ediblər. Qeyd edək ki, Ağcabədi rayonu Ergi düzündə yaşayan 30-a yaxın məcburi köçkün ailəsi 5 gündür ki, işıqsızdır. Onlar bununla bağlı müvafiq qurumlara müraciət etsələr də, müsbət cavab ala bilməyiblər. Deyilib ki, onların işığının kəsilməsi su artezian idarəsinin enerji satış idarəsinə 1 milyon manatdan çox borcu olması ilə əlaqədardır. Əslində məcburi köçkünlər məsələnin bu cür qoyuluşu ilə razıdırlar. Lakin onlar bildirirlər ki, işlətdikləri elektrik enerjisinin haqqı dövlət tərəfindən ödənilir. Ona görə də hansısa bir qurumun elektrik enerjisinə görə borclu olması onların işığının kəsilməsinə əsas vermir.Məsələ ilə bağlı Ağcabədi rayon Elektirik Şəbəkəsində olan El Televiziyasının əməkdaşları Daşqın Güneyli və Ziya İsmayıloğlu, eləcə də Azad Azərbaycan Televiziyasının işçiləri təzyiqə məruz qalıblar. Ağcabədi rayon Elektirik Şəbəkəsinin müdiri münasibət bildirmək əvəzinə KİV təmsilçilərini xidməti otaqda qoyaraq qaçmağı üstün bilib. Müdirin otağı tərk etməsindən sonra Şükür adlı bir nəfər, media işçilərinə fiziki zor tətbiq edib. İdarə işçisi kameraya əl atıb. Çəkiliş avadanlıqlarına da ziyan dəyib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol