• $
  • £

Aqrar sahədə əsas məqsəd daha az resursla daha çox dəyər yaratmaqdır - nazir

Aqrar sahədə əsas məqsəd daha az resursla daha çox dəyər yaratmaqdır - nazir
11.06.2026 16:43

Azərbaycanda kənd təsərrüfatının inkişafında əsas prioritet əkin sahələrinin genişləndirilməsi deyil, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etməklə məhsuldarlığın artırılmasıdır. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahənin inkişafına dair keçirilən müzakirələrdə deyib.


Nazir bildirib ki, hazırda ölkədə əkin sahələrinin 74 faizini taxıl və yem bitkiləri təşkil etsə də, bu məhsullar ümumi aqrar istehsalın cəmi 11 faizini formalaşdırır.


"Faktiki olaraq biz daha çox torpaq resursumuzu daha az dəyər yaradan məhsullara ayırmışıq. Məqsədimiz az dəyərli bitkilərin məhsuldarlığını artırmaq, daha yüksək gəlir gətirən məhsulların istehsalını isə genişləndirməkdir", -  nazir bildirib.


Məcnun Məmmədov vurğulayıb ki, taxıl istehsalı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və ərzaq təhlükəsizliyinin əsas sütunlarından biridir.


"Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir. Bu, həm gündəlik həyat tərzimizin bir hissəsidir, həm də ərzaq təhlükəsizliyinin təminatıdır və biz bundan imtina edə bilmərik", - o qeyd edib.


Nazirin sözlərinə görə, dövlət proqramının əsas hədəfi aqrar sektorda ekstensiv inkişaf modelindən intensiv inkişaf modelinə keçidi təmin etməkdir.


"Bizim məqsədimiz daha çox sahəni əkmək deyil, bir sahədən daha az resurs sərf etməklə daha çox məhsul əldə etməkdir. Bu proqramın ana məqsədi məhz bu transformasiyaya nail olmaqdır", - deyə Məcnun Məmmədov bildirib.


O qeyd edib ki, Azərbaycanda aqrar istehsal, emal və ticarət tamamilə özəl sektor tərəfindən həyata keçirilir və bu səbəbdən dövlət proqramında özəl sektorun inkişafı əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.


Nazir ixtisaslaşmanın da aqrar inkişaf üçün vacib olduğunu vurğulayaraq bildirib ki, bu proses elmi əsaslara söykənməli, iqlim dəyişiklikləri və yeni texnologiyalar nəzərə alınmalıdır.


Məcnun Məmmədov subsidiya sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərə də toxunub. Onun sözlərinə görə, torpaqların identifikasiyası və elektron kadastr sisteminin inkişafı subsidiyaların daha effektiv verilməsinə xidmət edəcək.


"Bu ildən subsidiya ödənişləri zamanı çıxarışlarda göstərilən koordinatlar üzrə əkinin olub-olmaması yoxlanılır. Subsidiyaların bir qisminin gecikməsinin əsas səbəbi də koordinatların dəqiqləşdirilməsi prosesidir", - nazir əlavə edib.

Gülnar Nazimqızı  

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək
Cəmiyyət 17:55
Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Bu il 116 550 şagird məzun olur
Cəmiyyət 17:19
Bu il 116 550 şagird məzun olur
Bakıda və rayonlarda külək güclənəcək
Cəmiyyət 17:13
Bakıda və rayonlarda külək güclənəcək
Nazir: yüksək taxıl məhsuldarlığı müasir suvarma sistemlərindən asılıdır
Cəmiyyət 17:03
Nazir: yüksək taxıl məhsuldarlığı müasir suvarma sistemlərindən asılıdır
Aqrar sahədə əsas məqsəd daha az resursla daha çox dəyər yaratmaqdır - nazir
Cəmiyyət 16:43
Aqrar sahədə əsas məqsəd daha az resursla daha çox dəyər yaratmaqdır - nazir
Nazir subsidiyalarla bağlı məsələyə münasibət bildirib
Cəmiyyət 16:40
Nazir subsidiyalarla bağlı məsələyə münasibət bildirib
Subsidiyaların 75 faizi nəticəyə görə verilməlidir - təklif
Cəmiyyət 16:18
Subsidiyaların 75 faizi nəticəyə görə verilməlidir - təklif
Məhsul itkisi azaldılsa, istehsal həcmi arta bilər - deputat
Cəmiyyət 16:13
Məhsul itkisi azaldılsa, istehsal həcmi arta bilər - deputat
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
Cəmiyyət 16:03
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol