• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir subsidiyalarla bağlı məsələyə münasibət bildirib

Nazir subsidiyalarla bağlı məsələyə münasibət bildirib
11.06.2026 16:40

Kənd təsərrüfatında subsidiyaların təkmilləşdirilməsi fermerlərin maarifləndirilməsi, elektronlaşmanın artırılması və torpaq xəritələrinin hazırlanması ilə paralel aparılacaq.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə çıxışı zamanı bildirib.


Nazir qeyd edib ki, əsas məqsəd məhsul subsidiyasına keçidin genişləndirilməsidir.


“Əgər əvvəllər sadəcə tütün, şəkər çuğunduru və pambığa görə məhsul subsidiyası verilirdisə, keçən ildən bura qarğıdalı və günəbaxan tumları daxil edildi. Bu ildən alma və nar məhsulları daxil edildi. Növbəti ildən artıq üzüm, xurma və digər bitkiləri nəzərdən keçiririk”, -  nazir bildirib.


Məcnun Məmmədovun sözlərinə görə, məhsul subsidiyasına keçid nəzarət və uçot mexanizmlərinin gücləndirilməsini tələb edir. O vurğulayıb ki, süni zəka, elektronlaşma və aqrar sahədə uçotun dəqiqləşməsi bu prosesi sürətləndirə bilər.


Nazir əlavə edib ki, subsidiyaların məqsədi yalnız fermerin çəkdiyi xərclərin bir hissəsini kompensasiya etmək deyil, həm də dayanıqlı aqrar fəaliyyəti təşviq etməkdir.


“Subsidiya getdikcə daha çox məhsul subsidiyası istiqamətində dəyişəcək. Qoyulan reglamentlər isə fermeri həm təşviq etməyə, həm də doğru yerdə doğru bitkini əkməyə yönəlib”, -  o bildirib.


Məcnun Məmmədov elmi-tədqiqat institutlarının fəaliyyəti ilə bağlı da danışıb. Onun sözlərinə görə, əsas məqsəd aqrar elmin iqtisadiyyatla və özəl sektorla əlaqəsinin gücləndirilməsidir.


“Hər hansı elmi araşdırma yekunda sahədə özünü göstərmirsə, bu araşdırmanın nəticəyönümlü olduğunu demək çətindir. Ana məqsəd elmi-tədqiqat institutlarında aparılan araşdırmaların özəl sektor və bizneslə əl-ələ davam etməsinə nail olmaqdır”, - nazir qeyd edib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol