• $
  • €
  • ₽
  • ₺
  • £

Binəqədinin icra başçısı 1-ci müavinini işdən çıxarıb

Binəqədinin icra başçısı 1-ci müavinini işdən çıxarıb
02.12.2013 12:46

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov özünün birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib.

Modern.az saytınınxəbərinə görə, bu barədə icra başçısının özü 7-ci mikrorayon Fərman Məlikov küçəsindəki “Xeyir-şər evi”ndə sakinlərlə keçirdiyi səyyar görüşdə məlumat verib.

Qəzənfər Novruzovun işdə yol verdiyi nöqsanlara görə vəzifədən çıxarıldığını deyən Xaləddin İsgəndərov birinci müavininin buraxdığı səhvlər barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, bu görüşdə icra başçısı ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 136 nəfər mikrorayon sakini iştirak edib.

Görüşdə sakinlər 7-ci mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə minnətdarlıqlarını bildirməklə yanaşı, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını da  xahiş ediblər.

Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Eks-birinci müavin Qəzənfər Novruzovun adı müxtəlif qalmaqallarda hallandırılırdı. Eyni zamanda, Binəqədi sakinləri arasında da ondan narazılıq edənlərun çox olduğu bildirilir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol