• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni nazir direktorların gözünün odunu alıb

Yeni nazir direktorların gözünün odunu alıb
28.11.2013 13:46
Direktor təlimləri ilə bağlı həm Qafqaz Universiteti, həm Təhsil Nazirliyinə bu günədək müraciət edənlərin sayı məlumdur. Belə ki, Universitetin elektron poçt ünvanına 12, nazirliyə isə 26 nəfər müraciət edib. Bunu Modern.az-a hər iki qurumdan verilən məlumatda təsdiqləyiblər.Qeyd edək ki, Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib. Bu müsabiqə Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdiriləcək. İlkin mərhələdə yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək təlimlərin müddəti 3 ay (21 yanvar-21 aprel) tarixlərini əhatə edir.Qafqaz Universitetində bu layihəyə rəhbərlik edən İsa Dağın sözlərinə görə, müraciətlərin sayında məhdudiyyət yoxdur: “İstənilən qədər ola bilər. Seçim 3 mərhələdə olacaq. Birinci mərhələ müraciətlərə əsasən keçiləcək. İkinci mərhələdə iddialılar yazılı imtahan veriləcəklər. Son mərhələdə isə onlarla müsahibə aparılacaq. Hər 3 mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur”.Xatırladaq ki, qeydiyyat dekabrın 15-nə kimi davam edəcək. Namizədlər ərizə formalarını [email protected]/* */ və [email protected]/* */ ünvanlarına göndərə bilərlər.Bu arada Təhsil Nazirliyi bir sıra orta məktəblərdə maliyyə yoxlamaları keçirilir. Artıq bəzi paytaxt orta məktəblərində ciddi qanun pozuntularının aşkarlanması faktları qeydə alınıb. Maraqlı məqamlardan biri də budur ki, Bakıda məktəb direktorları ilə bağlı təlimlərdə iştiraka maraq xeyli aşağıdır. Köhnə direktor korpusunda bu maraqsızlığın əsas səbəbi yeni təhsil nazirinin yürütdüyü kadr siyasətidir.Bununla bərabər, ötən illərdə Təhsil Nazirliyinin xətti ilə tikilən orta məktəblərin inşası zamanı maliyyə fırıldaqlarının araşdırılması prosesi gedir.Modern.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol