• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan telekanallarında yenilik

Azərbaycan telekanallarında yenilik
28.11.2013 11:15
Azərbaycan teleməkanında rəqəmsal yayıma keçiddən sonra telekanallarda istənilən verilişi istənilən vaxt izləmək imkanı yaranacaq. Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.N.Məhərrəmli qeyd edib ki, bu xidmət "on demand" (tələbə görə) adlanır: "İnsanlar tutaq ki, hər hansı bir verilişi və ya futbol oyununu izləmək istəyir, amma həmin vaxt işdə olur və yaxud baxmağa vaxtı olmur. Belə olduğu halda həmin verilişi və ya oyunu əvvəlcədən sifariş edir və sonra vaxtı olanda baxır. Rəqəmsal yayıma keçiddən sonra bunlar tədricən Azərbaycanda da baş verəcək, yəni həmin xidmətlərdən istifadə etmək imkanları yaranacaq".MTRŞ sədri qeyd edib ki, bu xidmətlər ödənişli əsaslarla müəyyən qurumlar tərəfindən göstərilə bilər: "O xidməti təşkil edən qurumlar da olmalıdır, çünki bu, artıq biznes fəaliyyətidir. Yəni müəyyən qurumlar görəcəklər ki, bu, gəlirli biznes sahəsidir, onunla məşğul olacaqlar. Yəni MTRŞ bu işlə məşğul olmayacaq".N.Məhərrəmli əlavə edib ki, hazırda rəqəmsal yayıma keçid prosesi davam edir: "Bunun üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi xeyli işlər görüb. Artıq Azərbaycan ərazisinin böyük hissəsi rəqəmsal yayımla əhatə olunub. Amma paralel şəkildə analoq yayım da davam edir. Təbii ki, həm rəqəmsal, həm də analoq yayımın paralel şəkildə davam etməsi uzunmüddətli ola bilməz. Çünki bu, maliyyə baxımından da ziyanlıdır".MTRŞ sədri bildirib ki, burada əhalinin aztəminatlı hissəsi də nəzərə alınır: "Biz bununla bağlı Azərbaycan hökumətinə müraciət etmişik. O müraciət gündəmdədir və bildiyimə görə, müsbət həll olunacaq. Yəni, əhalinin həmin aztəminatlı hissəsi üçün dekoderlərin alınması məqsədilə maliyyə vəsaiti ayrılarsa, biz rəqəmsal yayıma keçid prosesini istənilən an başa çatdırmağa hazırıq. Ola bilsin ki, 2013-cü ildən sonra müəyyən qədər analoq yayım da rəqəmsal yayımla paralel şəkildə davam etsin".Qeyd edək ki, 2013-cü ilin sonuna qədər rəqəmsal yayıma keçidin tam başa çatdırılması planlaşdırılırdı.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol