• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyinə dair yeni xəbərlər

Müdafiə Nazirliyinə dair yeni xəbərlər
27.11.2013 15:11

Hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyində gedən proses və baş verən olaylar barədə yeni açıqlama yayıb.

Onun yaydığı məlumata görə, bir müddət öncə məqsədyönlü şəkildə dövriyyəyə buraxılan "Səfər Əbiyevin evini sökürlər" məzmunlu xəbərlərdə sözü gedən sökülən ev sabiq müdafiə naziri Səfər Əbiyevə yox, hazırda gömrük xidməti general-mayoru olan və Bakı şəhəri Gömrük İdarəsinin rəhbərliyində təmsil olunan bir şəxsə məxsusdur. Ü.Cəfərov qeyd edir ki,  bu dezinformasiyanı dövriyyəyə buraxdıran isə MN-də oturan, bir vaxtlar sabiq nazirə yaxınlığı ilə seçilən bir şəxs olub.

Hərbi ekspert qeyd edir ki, müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrdə hərbi ticarət işləri ilə məşğul olacaq bir qurum da fəaliyyətə başlayır. MN-nin hərbi nəşriyyatına rəis vəzifəsinə təyin edilən polkovnik-leytenant Rəşad Abuzərovla bağlı əmri ləğv edilib. İşindən azad edilmiş, istefada olan polkovnik Pənah Abdullayevin vəzifələrini isə Nəşriyyatın baş mühəndisi həyata keçirir. 

Daha sonra Ü.Cəfərov qeyd edir: "Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə SQ Hərbi Həkim Komissiyasının sədri mayor Vidadi Quliyevin əvvəlki - tibb xidməti polkovnik-leytenantı rütbəsi bərpa edilib. Bundan əlavə, o sahədə çalışan bir neçə şəxsin də hərbi rütbələri yenidən artırılıb. Hətta övladı Heydər Əliyev Fondunda çalışan bir zabitin də polkovnik rütbəsi bərpa edilib. 

Naxçıvandan narahatedici xəbərlər var. Oktyabrda şəxsi heyətlə görüşdə yeni müdafiə naziri tezliklə uzun illər orada xidmət keçən zabitlərin tədricən Bakıya və digər qarnizonlara təyinatına başlanılacağına söz versə də, təəssüf ki, bu günə kimi bu işə demək olar ki, başlanılmayıb. 

Bu yaxınlara kimi nazirlikdə yüksək vəzifə tutan bir neçə zabit birdən-birə aşağı vəzifəyə təyin edilib, bunun müqabilində həmin zabitlər aldıqları məvacibdən 250-300 manat itiriblər.

Müdafiə naziri Zakir Həsənovun ordudan ehtiyata tərxis etdiyi bir neçə zabit digər güc strukturlarında xidmətlərini davam etdirmək istəyi ilə müvafiq qurumlara müraciət ediblər. Hətta onlardan bir neçəsi istəklərinə nail də olublar. Onlardan birinin adı da göstərmək olar. MN-nin HHQ və HHM qoşunlarından ehtiyata tərxis edilmiş polkovnik Faiq Məmmədov artıq Dövlət Sərhəd Xidmətində zabit kimi Aviasiya İdarəsində xidmətini davam etdirir". 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Zahid Oruc: Xarici aqronom və baytarların təcrübəsi yerli mütəxəssislərin bacarığına çevrilməlidir
Cəmiyyət 13:04
Zahid Oruc: Xarici aqronom və baytarların təcrübəsi yerli mütəxəssislərin bacarığına çevrilməlidir
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol