• $
  • £

İŞİD-ə qoşulan Azərbaycan vətəndaşına 8 il 6 ay həbs cəzası verilib

03.09.2026 15:51

Bakı Ağır Cinayətlər Məhkəməsi Suriyada silahlı münaqişədə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşına 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Sentyabrın 2-də hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Ə.H. (adı şərtidir) barəsində hökm elan olunub.

İttihama görə, Ə.H. 2013-cü ildə Türkiyə ərazisindən keçərək Suriyaya gedib və İŞİD-in tərkibində silahlı döyüşlərdə iştirak edib. O, 2014-cü ildə Türkiyəyə qayıdıb və uzun müddət bu ölkədə yaşadıqdan sonra 2025-ci ildə Azərbaycana dönüb.

Məhkəmə prosesində Ə.H. özünü təqsirli bilməyib. 

Məhkəmənin hökmü ilə o, Azərbaycan Cinayət Məcəlləsinin 218.2 və 283-1.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tatyana Kryuçkina

Oxşar xəbərlər
Oxşar xəbərlər
Çində robotlar üçün “uşaq bağçası” yaradılıb
Cəmiyyət 16:39
Çində robotlar üçün “uşaq bağçası” yaradılıb
Avqustda 70 aptekdə yoxlama aparılıb, 19-da nöqsan aşkarlanıb
Cəmiyyət 16:29
Avqustda 70 aptekdə yoxlama aparılıb, 19-da nöqsan aşkarlanıb
Şagirdlərin elektron yerdəyişməsi prosesi sentyabrın 7-də yekunlaşır
Cəmiyyət 16:21
Şagirdlərin elektron yerdəyişməsi prosesi sentyabrın 7-də yekunlaşır
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Cəmiyyət 16:14
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
İŞİD-ə qoşulan Azərbaycan vətəndaşına 8 il 6 ay həbs cəzası verilib
Cəmiyyət 15:51
İŞİD-ə qoşulan Azərbaycan vətəndaşına 8 il 6 ay həbs cəzası verilib
Trampın portreti əks olunan 1 dollarlıq xatirə sikkəsi satışa çıxarılıb
Cəmiyyət 15:33
Trampın portreti əks olunan 1 dollarlıq xatirə sikkəsi satışa çıxarılıb
"Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Cəmiyyət 14:52
"Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
AKİ: Afaq Yusiflinin təhsil haqqı ilə bağlı problem müvəqqətidir
Cəmiyyət 14:25
AKİ: Afaq Yusiflinin təhsil haqqı ilə bağlı problem müvəqqətidir
Dövlət-özəl əməkdaşlığı ilə seçilən bağçalar açıqlanıb
Cəmiyyət 14:15
Dövlət-özəl əməkdaşlığı ilə seçilən bağçalar açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol