Bacısı ona 15 bıçaq zərbəsi vuran qardaşını bağışlayıb
Naxçıvanın Şərur rayonunda bacısı Zərqələm Məmmədzadəyə 15 bıçaq zərbəsi vuran 1999-cu il təvəllüdlü Taleh Məmmədzadənin (ad-soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.
cinayət işinə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində Hüseyn Məmmədovun sədrliyi ilə baxılıb.
Məlum olub ki, Taleh qısqanclıq zəminində bacısını öldürmək qərarına gəlib və bu cinayəti reallaşdırmaq üçün yaşadığı İstanbuldan Şərura yollanıb.
Təqsirləndirilən şəxs bacısının yaşadığı evə daxil olaraq ona 15 bıçaq zərbəsi endirib. Bu zaman Talehin istifadə etdiyi ilk bıçaq qırılıb, daha sonra o, digər soyuq silaha əl atıb.
Hadisədən sonra evdən çıxan T.Məmmədzadə polisə təslim olub. Onun bacısı isə xəstəxanaya çatdırılıb.
Məhkəmədə Taleh əməlindən peşman olduğunu deyib. Zərərçəkmiş qadın isə qardaşından şikayətçi olmadığını, baş verənlərə görə özünü günahkar bilib.
Məhkəmənim hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən Talehon Məmmədzadə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(Xitab24)
Son xəbərlər
Daha çox