• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtomobil hündürlükdən tunelə düşdü: yaralı var

Bakıda avtomobil hündürlükdən tunelə düşdü: yaralı var
21.11.2013 09:08
Gecə saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Bakının Yasamal rayonu ərazisində, "Şamaxinka" adlanan yerdə olub. 1970-ci il təvəllüdlü Hüseynov Xəyyam Telman oğlu 19 BC 612 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobillə  "20 Yanvar" metrostansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olarkən "Şamaxinka" dairəsindən yolun əks istiqamətinə keçmək istəyib. Lakin sürücü idarəetməni itirib və dəmir məhəccərləri sındıraraq tunelə düşüb. Həmin vaxt tuneldən Sumqayıt istiqamətində hərəkətdə olan və Azər Nağıyevin idarə etdiyi 90 GR 232 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil keçirmiş. VAZ-21011 həmin avtomobilin üstünə düşüb. Qəza nəticəsində VAZ-21011-in sürücüsü Xəyyam Hüseynov ağır bədən xəsarətləri alıb və 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həmin avtomobildəki 2 sərnişin və "Mercedes"in sürücüsü isə xəsarət almayıb. Yol-nəqliyyat hadisəsi zamanı ətrafa yanacaq dağılıb. Yanğınsöndürənlər ərazidə təhlükəsizlik tədbirləri görüb. İlkin ehtimala görə, VAZ-21011-in sürücüsü avtomobili idarə edərkən sərxoş olub. Faktla bağlı araşdırma aparılır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol