• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın Türkiyəyə əlavə 7 milyard dollar yatırması əsaslandırılmalıdır - deputat

SOCAR-ın Türkiyəyə əlavə 7 milyard dollar yatırması əsaslandırılmalıdır - deputat
11.11.2026 12:51

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaların iqtisadi səmərəliliyi, yaradılan iş yerlərinin sayı və şirkətin Azərbaycana yatırdığı vəsait barədə hökumətin məlumat açıqlamasını təklif edib.

Deputat parlamentdə çıxışı zamanı bildirib ki, SOCAR-ın Türkiyəyə indiyədək təxminən 20 milyard dollar investisiya qoyduğu, hazırda isə “Petkim” şirkətinə əlavə 5-7 milyard dollar yatırmağı planlaşdırdığı barədə məlumatlar yayılıb. O, bu investisiyaların iqtisadi əsaslandırılmasının və ölkəyə gətirdiyi faydanın açıqlanmasının vacibliyini vurğulayıb.

“Bizim büdcə zərfində öz əksini tapmalıdır ki, hökumət investisiyalar qoyur və həmin investisiyalar nəticəsində nə qədər iş yeri açılmalıdır”, - deputat qeyd edib.

Həsənquliyev bildirib ki, Konstitusiyanın 15-ci maddəsinin ikinci hissəsinə əsasən, dövlət sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaratmalıdır. Onun sözlərinə görə, Azərbaycanda yeni iş yerlərinin açılmasına ehtiyac olduğu halda, SOCAR-ın xaricə, xüsusilə Türkiyəyə böyük həcmdə investisiya yatırması ilə bağlı qərarların əsaslandırılması vacibdir.

Deputat “Petkim”in maliyyə göstəricilərinə də diqqət çəkib. O bildirib ki, şirkətə indiyədək təxminən 2 milyard dollar investisiya qoyulub, 2025-ci ili isə 200 milyon dollardan çox zərərlə başa vurub. Deputatın çıxışında qeyd etdiyi məlumata görə, 2026-cı ilin ilk doqquz ayında şirkətin gəliri 38 milyon dollar təşkil edib.

“Ümumiyyətlə, SOCAR məlumat versə yaxşı olar ki, Azərbaycan müstəqillik əldə edəndən indiyədək ölkəmizə nə qədər vəsait yatırıb. Bu da çox düşündürücü məsələdir. Türkiyə qardaş ölkədir, amma onsuz da ora 20 milyarda yaxın vəsait qoyulub, indi əlavə 5-7 milyard vəsaitin yatırılmasının da əsaslandırılması olmalıdır”, - Həsənquliyev vurğulayıb.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Regionlarda problemləri çəkən jurnalistlər təzyiqlə üzləşir -deputat
Cəmiyyət 12:57
Regionlarda problemləri çəkən jurnalistlər təzyiqlə üzləşir -deputat
Sabah Azərbaycanda 16 dərəcə isti olacaq
Cəmiyyət 12:43
Sabah Azərbaycanda 16 dərəcə isti olacaq
Deputat: ehtiyatda olan hərbçilərin mənzil növbəsi açıqlanmalıdır
Cəmiyyət 12:43
Deputat: ehtiyatda olan hərbçilərin mənzil növbəsi açıqlanmalıdır
2027-ci ildə müdafiə qüvvələrinə 3,37 milyard manat ayrılacaq - komitə sədri
Siyasət 12:14
2027-ci ildə müdafiə qüvvələrinə 3,37 milyard manat ayrılacaq - komitə sədri
Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid təklif edilir - nazir müavini
Cəmiyyət 11:40
Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid təklif edilir - nazir müavini
Bakıda avtomobil körpüdən yola aşıb
Cəmiyyət 11:07
Bakıda avtomobil körpüdən yola aşıb
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
Cəmiyyət 10:57
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
Piylənmə diaqnozu qoyulan uşaqların yarıdan çoxu 13 yaşadəkdir
Cəmiyyət 10:39
Piylənmə diaqnozu qoyulan uşaqların yarıdan çoxu 13 yaşadəkdir
"TikTok"da canlı yayım açan sürücülərə müraciət edilib
Cəmiyyət 10:28
"TikTok"da canlı yayım açan sürücülərə müraciət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol