• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır

Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
14.11.2026 12:06

Azərbaycanda noyabrın 15-dən 2026-2027-ci illər payız-qış mövsümü üzrə istilik təchizatına başlanılır.

Bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.

Bildirilib ki, mövsüm ərzində Bakı və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və iki yüksəldici nasos stansiyası vasitəsilə 3 838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə müəssisəsinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Məlumata görə, mövsümə hazırlıq işlərinə aprel ayından başlanılıb. Bu müddətdə 12 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5 458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa edilib. Həmçinin 30 qazan aqreqatı əsaslı, 182-si cari təmir olunub, 1 131 qazanın qızma səthi təmizlənib.

Bundan başqa, 438 nasos, 5 282 siyirtmə və 531 mühərrik təmir edilib, 22 nasos dəsti, 312 siyirtmə və 100 ventil yenisi ilə əvəzlənib.

Qurum qeyd edib ki, istilik təchizatı obyektlərinin dayanıqlığını təmin etmək məqsədilə 1 000 kilometrdən çox istilik xətti hidravlik təzyiqə yoxlanılıb, 10 kilometrdən artıq magistral və məhəllədaxili istilik xətti yenilənib.

Məlumata görə, mövsüm ərzində istilik təsərrüfatında quraşdırılmış 85 mindən çox avadanlıq və qurğunun fasiləsiz işləməsi nəzərdə tutulur.

Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli qərarına əsasən, iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümü noyabrın 1-dən, Bakı və digər ərazilərdə isə noyabrın 15-dən başlayır.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol