• $
  • €
  • ₽
  • ₺
  • £

2027-ci ildən mikro sahibkarlar üçün avtomatlaşdırılmış vergi bəyannamələri tətbiq olunacaq

2027-ci ildən mikro sahibkarlar üçün avtomatlaşdırılmış vergi bəyannamələri tətbiq olunacaq
19.11.2026 11:48

2027-ci ilin birinci rübündən etibarən mikro sahibkarlıq subyektləri üçün avtomatlaşdırılmış vergi bəyannamələrinin təqdim edilməsi prosesinə başlanılması planlaşdırılır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı müvafiq texniki həllər tamamlanmaq üzrədir və qanunvericiliyə dəyişikliklər Milli Məclisdə müzakirə olunur.

Emil Qarayev qeyd edib ki, yeni mexanizm mikro sahibkarların vergi inzibatçılığını asanlaşdırmaq, qanunvericiliyə əməl etmə prosesini sadələşdirmək məqsədi daşıyır:

“Biz mikro sahibkarlıq subyektlərindən başlayaraq həm mobil həllər, həm də Dövlət Vergi Xidmətində mövcud olan məlumatlar əsasında tam avtomatlaşdırılmış bəyannamələrin təqdim edilməsi prosesini işə salmağı planlaşdırırıq. Gözlənilir ki, 2027-ci ilin birinci rübünün hesabatlarından etibarən sahibkarlar bu imkandan yararlana biləcəklər”,- o bildirib.

Rəis müavini bildirib ki, yeniliyin əsas üstünlüklərindən biri vergi orqanlarının təqdim etdiyi məlumatlarla razılaşan sahibkarların bəyannaməni təsdiqləmək üçün sistemə daxil olmasına belə ehtiyac qalmamasıdır. Belə ki, mövcud elektron məlumatlar əsasında bəyannamələrin avtomatik təqdim edilməsi nəzərdə tutulur.

O əlavə edib ki, mikro sahibkarlıq subyektlərinin böyüməsi, daha çox işçi qüvvəsi cəlb etməsi və məşğulluğun artırılması məqsədilə bu sahədə vergi güzəştləri ilə bağlı mexanizmlər də hazırlanır.

Emil Qarayevin sözlərinə görə, əsas hədəf inzibati alətlərin minimum səviyyədə tətbiqi, nəzarət tədbirlərinin isə risk əsaslı şəkildə həyata keçirilməsidir. Məqsəd qanunvericiliyə əməl etmək istəyən sahibkarlar üçün əlverişli şərait yaratmaq, inzibati tədbirləri isə qaydalara əməl etməkdən yayınan subyektlərə münasibətdə tətbiq etməkdir.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azadə Hüseynova: 2019–2025-ci illərdə turizm sektorunda çalışanların sayı 46 faiz artıb
Cəmiyyət 11:53
Azadə Hüseynova: 2019–2025-ci illərdə turizm sektorunda çalışanların sayı 46 faiz artıb
Xəzər sahilində 3,227 qanunsuz tikili aşkarlanıb
Cəmiyyət 11:50
Xəzər sahilində 3,227 qanunsuz tikili aşkarlanıb
DTX: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb
Cəmiyyət 11:10
DTX: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb
Hacıqabulda zəlzələ olub
Cəmiyyət 10:58
Hacıqabulda zəlzələ olub
Bakıda avtobuslar üçün ilk xüsusi svetofor quraşdırılacaq
Cəmiyyət 10:45
Bakıda avtobuslar üçün ilk xüsusi svetofor quraşdırılacaq
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Cəmiyyət 10:39
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verilib
Cəmiyyət 10:36
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verilib
Anar Əliyev: İşlə təmin olunanların sayı 3,4 dəfə artıb
Cəmiyyət 10:24
Anar Əliyev: İşlə təmin olunanların sayı 3,4 dəfə artıb
Anar Əliyev: İşsizlikdən sığorta ödənişi alanların sayı 16 min nəfərə çatacaq
Cəmiyyət 10:19
Anar Əliyev: İşsizlikdən sığorta ödənişi alanların sayı 16 min nəfərə çatacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol