Xəzər sahilində 3,227 qanunsuz tikili aşkarlanıb

Xəzər dənizinin Azərbaycana aid sahilboyu ərazilərində aparılan monitorinq zamanı 3,227 qanunsuz tikili aşkarlanıb, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev bildirib.
Onun sözlərinə görə, səkkiz-on ay davam edən monitorinq Bakı da daxil olmaqla 18 rayonun təxminən 60 kilometrlik sahil ərazisini əhatə edib.
Həbiyev bildirib ki, monitorinq zamanı torpaq, tikinti və ekoloji qanunvericiliyin pozulması, çirkab suların təmizlənmədən dənizə axıdılması və sutəmizləyici qurğuların tam işləməməsi halları qeydə alınıb.
Hazırkı qanunvericilik qanunsuz tikililərin sökülməsini nəzərdə tutsa da, sahilboyu obyektlərlə bağlı qərarlar onların hüquqi statusu müəyyənləşdirildikdən sonra veriləcək.
Həbiyevin sözlərinə görə, əvvəlcə Xəzərin sahilboyu ərazilərinin statusunu və burada tətbiq olunacaq rejimi müəyyən edən normativ-hüquqi aktlar təsdiqlənməlidir.
O bildirib ki, bu səbəbdən aşkarlanan tikililərin hamısının sökülüb-sökülməyəcəyi barədə indidən birmənalı fikir söyləmək mümkün deyil.

























