• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Vergi Xidməti ötən il sahibkarlıq assosiasiyaları ilə 50-yə yaxın görüş keçirib

Dövlət Vergi Xidməti ötən il sahibkarlıq assosiasiyaları ilə 50-yə yaxın görüş keçirib
19.11.2026 12:05

Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq assosiasiyaları ilə 50-yə yaxın görüş təşkil edib. Bu barədə Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev bildirib.

Onun sözlərinə görə, görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların mövcud problemləri, qanunvericilik və vergi inzibatçılığı ilə bağlı təklifləri dinlənilib.

Qarayev qeyd edib ki, 2027-ci ildən tətbiqi gözlənilən dəyişikliklərin bir çoxu məhz mikro və kiçik sahibkarların həmin görüşlərdə qaldırdıqları məsələlər əsasında formalaşıb.

O bildirib ki, ötən il Dövlət Vergi Xidmətinin nümayəndələri qurumun birbaşa təşkil etdiyi görüşlərlə yanaşı, digər platformalar vasitəsilə keçirilən 20-dən artıq görüşdə də iştirak ediblər.

Rəis müavini əlavə edib ki, Dövlət Vergi Xidməti sahibkarlıq assosiasiyaları ilə yanaşı, maliyyə institutları ilə də əməkdaşlığı davam etdirəcək. Bu əməkdaşlıq maliyyə institutlarının müştərisi olan sahibkarlıq subyektləri üçün əməliyyat və vergi inzibatçılığı sahəsində əlavə imkanlar yaradır.

O, bizneslə dialoqun növbəti illərdə də davam etdiriləcəyini vurğulayıb.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
Cəmiyyət 12:53
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
Sabah 21 dərəcə isti olacaq
Cəmiyyət 12:51
Sabah 21 dərəcə isti olacaq
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Cəmiyyət 12:22
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Media və Yayım Şurasının müsabiqə qaydaları dəyişir
Cəmiyyət 12:19
Media və Yayım Şurasının müsabiqə qaydaları dəyişir
Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb
Cəmiyyət 11:57
Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb
Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanılıb
Cəmiyyət 10:58
Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanılıb
Bu hal aşkarlanarsa, mediaya maliyyə yardımı kəsiləcək
Cəmiyyət 10:39
Bu hal aşkarlanarsa, mediaya maliyyə yardımı kəsiləcək
Gürcüstanda matəm elan olunub
Cəmiyyət 10:12
Gürcüstanda matəm elan olunub
Bakı–Balakən qatarının hərəkəti bərpa edilir
Cəmiyyət 09:41
Bakı–Balakən qatarının hərəkəti bərpa edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol