• $
  • €
  • ₽
  • ₺
  • £

"Boloniya bir demokratiyadır" - Qafqaz Universitetinin rektoru

"Boloniya bir demokratiyadır" - Qafqaz Universitetinin rektoru
19.11.2013 13:33

Boloniya sistemi Avropanın ali təhsil sahəsində 1999-cu ildən etibarən hədəflədiyi bir islahat prosesidir. İndiyə qədər prosesə Azərbaycan da daxil olmaqla 47 ölkə qoşulub. Bu sistemin Azərbaycanın təhsil sahəsində effektivliyini öyrənmək məqsədilə ANN.Az-ın əməkdaşları Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçlə görüşüb və müsahibə alıblar. 

- Əhməd bəy, Azərbaycan Boloniya sisteminə 2005-ci ildən qoşulub. Sizcə, ölkəmiz bu tarixdən etibarən Boloniya prosesinin öhdəliklərini kifayət qədər yerinə yetirə bilirmi?

- Azərbaycanda "Boloniya" dedikdə bəzən səhv başa düşülür. Boloniya bir sistem deyil, prosesdir. Azərbaycanda bu proses ilk gündən etibarən dövlət tərəfindən tam dəstəklənib. Boloniya prosesindən əvvəl təhsildə heç bir kredit sistemi tətbiq olunmurdu. Dövlət universitetlərə ilk öncə kredit sistemini tətbiq etmək, daha sonra isə Boloniya prosesinə keçmək göstərişini verdi. Bəzi universitetlər bu dəyişikliklərə etiraz etsələr də, dövlətin qətiyyətliliyi sayəsində bu proses həyata keçdi. Boloniya prosesinin Azərbaycanda tam başa düşülüb-düşülmədiyinə əmin deyiləm, lakin nəticə etibarilə bu sistem tətbiq olunmaqdadır. 

- Sizcə Boloniya sisteminin mənfi tərəfləri varmı? Varsa, nələrdən ibarətdir?

- Boloniya sisteminin mənfi tərəfi yoxdur. Əsas məsələ bu təhsil prosesinin düzgün qavranılmasındadır. Boloniya sistemində məcburiyyət yoxdur. Demokratiyadan imtina edə bilərsinizmi? Əlbəttə ki, yox. Boloniya da demokratiyadır. Proses düzgün qavranıldığı və tətbiq olunduğu zaman ancaq müsbət nəticələrini görəcəksiniz. 

- Əsas məqamlarından biri də odur ki, Təhsil Nazirliyi  Boloniya sisteminə dəstək verir. Mütəxəssis olaraq deyə bilərsinizmi, bu qurum Boloniya prosesini doğru şəkildə tətbiq edə bilirmi?

- Azərbaycanın Təhsil Nazirliyi Boloniya sisteminin tərəfdarıdır. Nazirlik bir dövlət qurumudur. Əsas məsələ universitetlərin Boloniya prosesinə hazır olub-olmasıdır. Problem universitetlərin baxış bucağında ola bilər. 

- Azərbaycanda bəzi universitetlər Boloniya prosesinə keçdiklərini iddia etsələr də sadəcə bəzi ixtisaslar üzrə bu sistemin tətbiq olunduğu faktı ortadadır. Lakin Boloniya prosesində tələbəyə verilən dərs və müəllimi seçmə imkanı, tələbə davamiyyət sisteminin ləğvi və s. kimi məqamlar tətbiq olunmur. Bu universitetlərin Boloniya prosesinə tam keçə bilməmələrinin səbəbi nədir?

- Azərbaycanda Boloniya meyarlarının kurikulum şəklində yazılmış olması böyük maneədir. Əgər məcburi dərslər 50-60 faiz təşkil etsə, seçmə dərslər isə 40 faiz olsa, bu, Boloniya sisteminin tam tətbiqi demək olacaq. Tələbənin dərs davamiyyəti məsələsini də Boloniya dövlətin öz seçiminə buraxır. Boloniyanın tələb etdiyi şərt şəffaflıqdır. 

- Universitetinizin ən yaxşı ali məktəblər siyahısında yer almasında Boloniya prosesinin töhfəsini necə qiymətləndirirsiniz?

- Boloniya sisteminin dünya praktikasına uyğun tətbiqi nailiyyətlərimizin ən önəmli səbəblərindən biridir. Bu proses universitetimiz üçün çox vacib məqamdır. Bununla yanaşı bizi fərqləndirən başqa məqamlar da var. Qafqaz Universiteti bir ailədir. Burada hamımız bir-birimizi sevərək işləyirik. Mütəxəssis seçimi də Boloniya prosesi qədər vacib məsələdir. Universitetə yeni mütəxəssis qəbul edərkən namizədin təhsilini, təcrübəsini, xüsusilə də dünya təcrübəsini nəzərə alırıq. Mütəxəssislərimizdən bəziləri yaşlı nəslin nümayəndəsi olan professorlar olsa da, qalan 80-90 faizini Sovet İttifaqının dağılmasından sonra təhsil almış gənclər təşkil edir. Gənclər bizim üçün önəmlidir. Fürsətdən istifadə edib Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm. Ailələr övladlarına çox böyük qayğı ilə yanaşır. Bizlərə tərtəmiz gənclər göndərirlər və bizim işimiz də onları layiqincə yetişdirməkdir. 

Cəmilə İbrahimova

Foto: Bayram İsgəndərov

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol