• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış teleaparıcı prokurorluqda izahat verdi

Tanınmış teleaparıcı prokurorluqda izahat verdi
19.11.2013 13:25

ANS telekanalının jurnalisti Afət Telmanqızının həkimlərin məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində dünyasını dəyişən gəlinləri, 26 yaşlı Pərvinə Qasımovanın ölümü ilə bağlı iş baş prokuror Zakir Qaralovun xüsusi nəzarətinə götürülüb. 

ANN.Az-ın məlumatına görə, bu barədə qafqazinfoya məlumat verən teleaparıcı bildirib ki, ölüm faktının araşdırılması Yasamal Rayon Prokurorluğuna, prokuror Abıyev İsmayıla tapşırılıb. Afət Telmanqızı artıq faktla bağlı qardaşı Anar Cəfərov və ondan izahat alındığını deyir. Jurnalistin ailəsi baş verən ölüm faktında  Sumqayıtda 1 saylı Doğum Evinin baş həkiminin, əməliyyatı aparan həkim Sevda Xanbutayevanın, şöbə müdiri Məmməd Cəfərovun birbaşa məsuliyyət daşıdığını bildiriblər. Jurnalist müstəntiqin həmin şəxslərin ad və soyadlarını qeyd etdiyini və izahatlarının alınacağını deyib. Müstəntiq həmçinin həmin həkimlərin könüllü prokurorluğa gəlməkdən imtina edəcəkləri halda polis vasitəsilə gətiriləcəklərini qeyd edib. 

 

A.Telmanqızı Respublika Klinik Xəstəxanasının həkimlərini ittiham etmədiklərini və məsuliyyətin ancaq Sumqayıtda 1 saylı Doğum Evinin həkimlərinin üzərində olduğunu, eyni zamanda Klinik Xəstəxananın reanimatoloqu Vidadi Həsənovun xəstənin son anlarında onun yanında olduğunu nəzərə alaraq prokurorluqda izahat verməyə çağırılacağını deyib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol