• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan qəhrəmanlarına həsr olunmuş layihə

Azərbaycan qəhrəmanlarına həsr olunmuş layihə
26.11.2014 14:52
“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Qəhrəmanların əbədi var olsun, Azərbaycan!” adlı layihəsi çərçivəsində təlimlər ilə yanaşı nəzərdə tutulmuş rayonlara səfərlər həyata keçirilmişdir. Layihənin məqsədi - gənclərdə vətənpərvərlik hissini yüksəltmək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan, bu şərəfli yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçülərimizi daha yaxından tanıtmaq, onlar haqqında toplanacaq məlumatları ictimaiyyətdə geniş yaymaqdan ibarətdir.Layihə çərçivəsində birlik Gədəbəy, Şəmkir, Gəncə və Göygöl rayonlarına edilmiş səfərlər zamanı I Qarabağ müharibəsi döyüşçüləri, əlil və şəhid ailələri ilə görüşlər keçirmişdir. Birliyinin sədri Azər Cavadov çıxışlarında veteranları, əsgər və yərli gəncləri salamlayaraq, birliyin fəaliyyət dövründə gənclərin vətənpərvərlik ruhunun yüksəlməsində görüldüyü işlər barəsində danışmış, son iki il ərzində vətənpərvərlik mövzusunda 3-cü layihəni həyata keçirildiyini qeyd etmiş və bu layihələrin gənclərin tərbiyəsində rolunu vurğulamışdır. Daha sonra çıxışları layihə eksperti Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli davam etdirərək, layihədə veteranlarla yanaşı gənclərində iştirakının sevindirici hal olduğunu vurğulamış və ordumuzun yarandığı dövrdən bu günə kimi inkişaf yolundan söz açmışdır.Tədbirlər zamanı I Qarabağ müharıbə veteranları, əlillər gənclərə həyata keçirilmiş mühüm döyüşlər, əməliyyatlar və gənc əsgərlərimiz tərəfindən göstərilmiş qəhrəmanlıqlar haqqında tədbir iştirakçılarına məlumatlar vermışdirlər."Bakı Gənclər Klubu" İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il mayın 4-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “BGK” İB Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu" və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür. Birliyin əsas məqsədi - gəncləri öz ətrafında toplamaq, asudə vaxtlarını səmərəli istifadə etməsinə, istedadlı və yaradıcı gənclər arasında əlaqələrin inkişafına kömək göstərməkdən ibarətdir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol