• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni il bayramı ilə əlaqədar satış yarmarkaları keçiriləcək

Yeni il bayramı ilə əlaqədar satış yarmarkaları keçiriləcək
26.11.2014 17:58
Bayram ərəfəsində Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları keçiriləcək. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırovun ANS PRESS-ə verdiyi məlumata görə, şəhərin müxtəlif yerlərində, əsasən də əhalinin sx məskunlaşdığı yerlərdə təşkil olunacaq.“Yeni il bayramının yaxınlaşması ilə əlaqədar əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcəklər. Əsasən metro çıxışlarında və dayanacaqlara yaxın yerlərdə yaradılacaq satış mərkəzlərində satılan məhsullara xüsusi nəzarət təşkil ediləcək.”, - deyə Əliabbas Bağırov bildirib.Qeyd edək ki, yarmarkalar elə ötən illərdəki ərazilərdə olacaq. Lakin bu il əhalinin təlabatını nəzərə alaraq əlavə yerlərdə də yarmarkalar təşkil ediləcək.Bayram ərəfəsində və bayram günlərində bazarlarda və satış mərkəzlərində satılan məhsulların keyfiyyətinə və süni qiymət artımının olmaması üçün cidid yoxlamalar keçiriləcək. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin bildirib. Nazirlik rəsmisinn sözlərinə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reydlər keçirilməyə başlayıb.“Yeni ilin gəlişilə əlaqədar əhalinin bir sıra məhsullara təlabatı artır. Bayramdan əvvəl və bayram müddətində bazarlarda satılan məhsulların keyfiyyətinə nəzarət daha da gücləndirilir. Əsas diqqət bazarlarda insan sağlamlığına ziyan olan məhsulların satılmasının qarşısını almağa yönəldilir”, - deyə Abbas Əliyev bildirib.Nazirlik rəsmisi deyir ki, bu il imkan verilməyəcək ki, bazarlarda süni qiymət artımı olsun. Buna görə də, xüsusi yoxlama komissiyaları təşkil olunub.“Reydlərdə əsas məqsədlərdən biri də bazarlarda süni qiymət artımının qarşısının alınmasıdır. Bir də baxırsan ki, təlabatın çoxluğu ilə əlaqədar hansısa məhsulların qiymətində artım müşahidə olunur. Bəzi işbazlar çalışırlar ki, vəziyyətdən istifadə edərək məhsulların qiymətini süni şəkildə qaldırsınlar. Buna imkan verilməyəcək”, - deyə Abbas Əliyev bildirib.“Nazirlik rəsmisi əlavə edib ki, hansısa qüsur aşkar olunarsa, qanunvericilik əsasında cavabdeh şəxslər cəzalandırılacaq”, - deyə Abbas Əliyev vurğulayıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol