• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi saxta kəşfiyyatçını ifşa etdi - ŞOK məlumatlar

Müdafiə Nazirliyi saxta kəşfiyyatçını ifşa etdi - ŞOK məlumatlar
27.11.2014 17:13

"Kütləvi informasiya vasitələrində özünü guya “baş leytenant” və “Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunun (XTO) kəşfiyyatçısı” kimi təqdim edən Quliyev İlkin Hüseyn oğlu haqqında dərc edilən məlumatlara aydınlıq gətirmək məqsədilə bildiririk ki, bu şəxs 13.01.2007-ci il tarixində Füzuli Rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə minaatan batareyasında əsgər kimi xidmət edib".

ANN.AZ Trend-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, İlkin Quliyev 10.04.2007-ci il tarixdən 27.06.2007-ci il tarixədək müxtəlif hərbi tibb müəssisələrinin psixiatriya bölmələrində “Şəxsi keyfiyyətlərinin aksentuasiyası. Sol saidin ön səthinin dərin çapıqları” diaqnozu ilə müalicə alıb. O, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsində müalicə olunduğu zaman 26.05.2007-ci il tarixdə “Kəskin appendisit”ə görə cərrahi əməliyyat olunub və 27.06.2007-ci il tarixdə hospitaldan çıxarılaraq hərbi hissəsinə göndərilib.İ.Quliyev 02.07.2007-ci il tarixdə təkrar Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsinə qəbul olunub və 10.08.2007-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilərək “Şəxsiyyətin orta dərəcəli oyanıq tip pozuntusu, özünü kəsmələrlə. Sol said nahiyəsində çox saylı kəsiklər. Sol bazunun kobud, bərkimiş dəri çapıqları” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin 18“b” maddəsinin II qrafasına əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilib və cəmi 8 ay xidmət etdikdən sonra ordu sıralarından ehtiyata buraxılıb:“Hərbi hissədə cəmi dörd ay xidmət edən əsgər İlkin Quliyev heç bir xüsusi əməliyyata cəlb olunmayıb və güllə yarası almayıb. 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbçilərdən biri olması ilə bağlı yalan iddiasına gəlincə, onun xidmət etdiyi dövrlə M.İbrahimovun şəhid olması hadisəsi arasında 3 il zaman fərqini görməmək mümkün deyil”.

Mətbuat xidməti KİV-in diqqətinə bir daha çatdırır ki, bu kimi məlumatları ictimailəşdirməzdən əvvəl onların Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol