• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: "Qərb mediası müsəlmanları terrorçu kimi təqdim edir"

Əli Həsənov: "Qərb mediası müsəlmanları terrorçu kimi təqdim edir"
03.12.2014 15:14
"Düşünürəm ki, müsəlman ölkələrində jurnalistlər birləşə və ortaq mövqe nümayiş etdirə bilərlər”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İRNA-ya açıqlamasında deyib.

Tehranda keçirilən İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclasında iştirak edən Ə. Həsənov iclasda müsəlman ölkələrinin bu məsələdə ortaq məxrəcə gələcəklərinə ümidini ifadə edib: "Müsəlman ölkələrindəki jurnalistlər düzgün, obyektiv informasiya yaymaqla, İslam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər. Müasir dövrdə informasiyanın doğru-dürüst çatdırılması əsas amildir”.

Şöbə müdiri bildirib ki, Qərb mediası bu gün müsəlmanları bir sıra hallarda terrorçu kimi təqdim edir: "Bunun nümunəsini Suriya, Misir və İraqda görürük. İnsanlara həqiqətləri çatdırmaq lazımdır. Ümid edirəm ki, bu iclas İslam dünyası KİV-i arasında həmrəyliyin güclənməsinə, onların vahid koordinasiya mərkəzinin yaradılmasına yardımçı olacaq”.

Qeyd edək ki, bu gün Tehranda İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclası başlayıb. İki gün davam edəcək iclasa 57 müsəlman ölkəsindən nümayəndə qatılıb. İclas "İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-in yaxınlaşması” adı altında keçirilir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol