• $
  • €
  • ₽
  • ₺
  • £

MTN narkotik marşrutunu açıqladı

MTN narkotik marşrutunu açıqladı
08.12.2014 14:49
"Son illər uğurlu əməliyyat tədbirləri nəticəsində ölkədə narkotiklərin qanunsuz dövriyyəsi cəhdlərinə qarşı mübarizə işi daha da güclənlənib”.

ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda cıxışı zamanı Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini Әli Şəfiyev deyib.

Nazir müavininin sözlərinə görə, əlverişli geostrateji mövqeyə malik olan, iqtisadi baxımdan inkişaf edən Azərbaycan üçün də mütəşəkkil cinayətkarlıqla mübarizə çox aktualdır: "Bu baxımdan narkotiklərin qacaqmalçılığı və və tranzit daşınmaları ilə mübarizədə səylərin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Son illər narkotiklərin yayılma coğrafiyası və əhatə etdiyi kontingent xeyli genişlənib, narkomaniya bəlasına düçar olanlar arasında uşaqların, qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artıb. Yaranmış acınacaqlı vəziyyət bütün dünyada, eləcə də ölkəmizdə təcili və təxirə salınmaz tədbirlərin görülməsini zəruri edir".

Nazir müavini qeyd edib ki, əgər 2004-cü ildə MTN tərəfindən cəmi 25 kq narkotik vasitə götürülmüşdürsə, 2010-cu ildə bu rəqəm 1 ton 183 kq-a çatıb: "Transmilli, mütəşəkkil cinayətkar dəstələr tərəfindən narkotik vasitələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə daşınması kanalları aşkarlanıb, bir necə qrup və ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunublar”.

Ә.Şəfiyev deyib ki, narkomanlıq genofondumuza vurulan ağır bəla kimi qiymətləndirilir, ona qarşı ardıcıl mübarizə aparılır: "Düşünürük ki, bu dəhşətli bəla nəinki dövlət qurumları, ictimai təşkilatları, ümumən cəmiyyəti narahat etməlidir. Bu mübarizə yalnız inzibati metodlarla aparılmalı deyil, tutduğu vəzifə və statusundan asılı olmadan hər kəsin işinə çevrilməlidir. Narkomanlığın doğurduğu təhlükələr hərtərəfli qiymətləndirilməli və ona qarşı mübarizə tədbirləri əlaqələndirilmiş formada aparılmalıdır".

Ә.Şəfiyev onu da bildirib ki, bu gün gənclərin bu bəlaya düçar olmasının başlıca səbəblərindən biri onların bəzi hallarda ailə və cəmiyyətin dəstəyindən kənarda qalmalarıdır: "Yaş, təcrübə və başqa səbəblərlə yanaşı, onların zərərli vərdişlərə yoluxmalarında hüquqi biliklərinin aşağı olmasının da təsiri var. Әlbəttə, cinayətkar şəbəkə və şəxslərin qurbanları olan uşaqlar, gənclər və qadınların hüquqi müdafiəsi, onların reabilitasiyası üçün müalicələri də daxil olmaqla, müvafiq tədbirlərin görülməsi də zəruridir”.

Nazir müavinin sözlərinə görə, Azərbaycan üçün narkotiklərin qanunsuz dövriyyəsində son illər müşahidə olunan artım tempi həm xarici, həm də daxili amillərlə bağlıdır: "Xarici amillərə gəlincə, bu sırada ən birincisi, Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlamaqla beynəlxalq hüquq və normaların prinsiplərini pozan Ermənistanın milli təhlükəsizliyimiz üçün doğurduğu təhdidlər qeyd olunmalıdır. Ermənistan tərəfindən Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərimizin Azərbaycan hökumətinin və beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilməsi, həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən narkotik vasitələrin becərilməsi, qanunsuz dövriyyəsi və digər cinayətkar fəaliyyətlərin genişlənməsinə şərait yaradıb.

Narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradan digər mühüm xarici amil Azərbaycanın geostrateji mövqeyi, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsidir. Həm bu mövqe, həm də ölkəmizin həyata keçirdiyi regional əhəmiyyətli layihələr və çoxtərəfli inteqrasiya meylləri cinayətkar birliklərin diqqətini bölgəyə cəlb edir".

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol