• $
  • €
  • ₽
  • ₺
  • £

Y.V.Çəmənzəminlinin Fətəli xan Xoyskiyə məktubu

Y.V.Çəmənzəminlinin Fətəli xan Xoyskiyə  məktubu
09.12.2014 19:45
Yusif Vəzir Çəmənzəminlinin İstanbulda Azərbaycan Demokratik Respublikasının səfiri olarkən Xarici İşlər naziri Fətəli xan Xoyskiyə yazdığı məktub.
 
19 fevral 1920-ci ildə yazılan bu məktub yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının "Qurban” roman-xronikasından götürülüb.

"Ukrayna və Krımda hökuməti-mətbuəmi təmsil edərkən nə qədər maddi sıxıntılar çəkdiyimi və cümhuriyyətin şərəfinə toxunacaq dərəcədə gülünc vəziyyətlərdə qaldığımı Bakıda təqdim etdiyim rəsmi raportlarımda qeyd etmişdim. İstanbul səfarətini alarkən artıq bu dəfə hökumətim kəndisini təmsil edən bir müəssisəyə qarşı laqeyd bulunmaz zənnində idim. Təəssüflə yenə aldandım (cəsarətimdən dolayı məni əfv ediniz). Dəfələrlə rəsmi raportlar göndərdiyimə rəğmən səfarət yenə parasız buraxılır.

Zənn etmirəm ki, göndərdiyiniz əlli min franklıq bir çek ilə səfarətin (səfirlik) idarə olunacağına qanesiniz. Halbuki, yalnız səfarət binasına ayda dörd yüz səksən lirə icarə verilir. Səfir, müstəşar, iki katib, kavaslar və Bakı ilə İstanbul arasında rabitəmizi təmin edən kuryerdən ibarət bir təşkilat əzalarının maaşları və i. a.

Təfsilata hacət varmı? Rəsmi raportlarımda uzun-uzadı bəhs olunur. Yalnız sizdən bir ricam vardır. Hökumətimizin xətaları üzündən üzərimə düşən bu ağır məsuliyyətdən məni qurtarınız və müsaidə ediniz səfarəti müstəşarıma tərk edərək geri gələyim. Əminəm ki, bu dəfə artıq kuryer həftələrcə Bakıda ləngiməyəcək və cavabınızı alar-almaz bu ağır məsuliyyətdən qurtaracağam”. //kulis.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol