• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ “Dünya Gənclər Assambleyası”- nın idarə heyətinin üzvü seçildi

ARGTMŞ “Dünya Gənclər Assambleyası”- nın idarə heyətinin üzvü seçildi
11.12.2014 16:58
10 dekabr 2014-cü il tarixində, Aərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını (ARGTMŞ) təmsil edən, təşkilatın Beynəlxalq Əlaqələr üzrə Katibi Leyla İsrafilova dünyanın 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının (WAY) idarə heyətinin üzvü seçilib.

 Seçkilər Dünya Gənclər Assambleyasının Albaniyanın paytaxtı Tirana şəhərində təşkil olunan Baş Assambleyasında baş tutub.

Tədbir Dünya Gənclər Assableyasının illik hesabatının qəbul olunması, yeni rəhbərliyi, idarə heyəti və təşkilatın yeni üzvlərinin seçkilərinin həyata keçirilməsi məqsədi ilə həyata keçirilib.

Tədbirin zamanı Dünya Gənclər Assableyasının 2014-cü il üzrə fəaliyyət və maliyyə hesabatı qəbul olunub.

9 dekabr 2014-cü il tarixində təşkilata yeni üzv olmaq üçün müraciət edən gənclər platformalarının namizədliyinə baxılıb və səsvermə əsasında təşkilatın yeni üzvləri seçilib. Tədbirdə ARGTMŞ təşkilatın tam hüquqlu üzvü olub.

10 dekabr 2014-cü il tarixində təşkilatın rəhbərliyi və idarə heyətinin seçkiləri həyata keçirilib. Səsvermə əsasında İdris Haron təşkilatın prezidenti vəzifəsinə seçilib. Daha sonra təşkilatın vtse-prezidentləri və idarə heyətinin seçkiləri baş tutub. Seçkilər zamanı səsvermə əsasında ARGTMŞ-ni təmsil edən Leyla İsrafilova təşkilatın idarə heyətinin üzvü vəzifəsinə seçilib. İdarə heyətinin üzvü kimi ARGTMŞ Dünya Gənclər Assableyası və Avropanın gənclər platformaları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə cavabdeh olacaq.

ARGTMŞ-nın sədri Şahin Seyidzadə "Dünya Gənclər Assambleyası”-nın idarə heyətinin üzvü olmağın gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaratdığını vurğulayıb:

"Dünya Gənclər Assambleyası 120 gənclər platformasını birləşdirən dünyanın ən böyük gənclər platformalarından biridir. ARGTMŞ-nın təşkilatın tam hüquqlu üzvü və idarə heyətinin üzvü seçilməsi Afrika, Avstraliya və Amerika qitələrinin gənclər platformaları ilə əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və Azərbaycanın dünyanın növbəti böyük gənclər platformasının idarəetmə prossesində iştirakına imkan yaradacaq.”

Məlumat üçün qeyd edək ki, Dünya Gənclər Assambleyası (The World Assembly of Youth) 1949-cu ildən fəaliyyət göstərir və BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvüdür. Təşkilat Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirir. Dünya Gənclər Assambleyası gənclərin məşğulluğu, insan hüquqları, ətraf mühitin qorunması, sağlam həyat tərzi, cəmiyyətin rifahının yüksəldilməsi və gənc liderlərin yetişdirilməsi proqramlarını əhatə edir.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol