• $
  • €
  • ₽
  • ₺
  • £

Ailənin tək oğlanları əsgər gedəcəkmi? - Milli Məclisdə müzakirə

Ailənin tək oğlanları əsgər gedəcəkmi? - Milli Məclisdə müzakirə
16.12.2014 19:21
Ailənin tək oğlunun ön cəbhəyə aparılması, eyni zamanda magistr təhsili alan tələbələrə möhlət hüququnun verilməsi zaman-zaman müzakirə mövzusuna çevrilib.

ANN.Az Musavat.com-a istinadən xəbər verir ki, Milli Məclisin iclaslarında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dəfələrlə magistrlərə hərbi xidmətdən möhlət verilməsi məsələsinə yenidən baxılmasını təklif ediblər.

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc isə ailənin tək oğlunun ön cəbhədə xidmət etməsinin əleyhinə olduğunu vurğulayıb: "İstənilən şəkildə ailənin tək övladının ön cəbhədə xidmət məsələsinə mütləq baxılmalıdır. Zənn edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıların göndərişini həyata keçirərkən belə şəxsləri istisna hal kimi digər siyahılara daxil etməli, onlar cəbhəyanı ərazilərdən 30-40 kilometr uzaqlıqda xidmətə çağrılmalıdır ki, ailənin çırağı da sönməsin”.

Deputatın bu çıxışı xüsusilə, bu il sentyabrın 27-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Hacıqabuldan olan şəhid Allahverdi Baxışlının yeganə oğlu Əbülfəz Baxışlının da şəhid olmasından sonra aktuallaşıb.

Sözügedən hər iki məsələ uzun müddətdir müzakirə edilsə də, nəticə hasil olmayıb.

Müdafiə xarakterli məsələlər olduğundan Modern.az saytı Müdafiə Nazirliyinin də mövqeyini öyrənib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polkovnik Vaqif Dərgahlı saytımıza açıqlamasında bildirib ki, bu, Müdafiə Nazirliyindən asılı məsələ deyil:

"İstənilən halda, sözügedən məsələlər Mili Məclisin müzakirəsi və qərarı ilə həll oluna bilər”.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol