• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “nurçuluğ”un iki qanadı yayılıb

Azərbaycanda “nurçuluğ”un iki qanadı yayılıb
26.12.2014 18:51
Azərbaycanda "nurçuluğ”un iki qanadı yayılıb. Onlardan biri siyasi proseslərə müdaxilə edir.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov "Azərbaycan Dəmir Yolları” QSC-də "Milli mənəvi dəyərlər və müasilik” mövzusunda keçirilən konfransda "nurçular”la bağlı sualı cavablandırarkən bildirib.

Dövlət Komitəsinin sədrinin müavini bildirib ki, "nurçuluq” əslində dini təriqət deyil: "Bu, dini cərəyan, dini dünyagörüşüdür. Onların hənəfi məzhəbi və ya digər əhli-sünnə məzhəbindən fərqi yoxdur, amma onların dünyaya baxış nöqtəyi-nəzərindən fərqi var”.

Onun sözlərinə görə, bu cərəyanın Azərbaycanda mövcud olan iki istiqaməti var: "Onlardan biri dərsxana qrupudur, ikincisi isə, onlardan ayrılmış daha elmə, təhsilə, mədəniyyətə, maarifə diqqət göstərən müasir qoludur. Azərbaycanda olan, xüsusən də bölgələrdə olanlar bunların ikinci qolunun nümayəndələridir. Onların fəaliyyətində olan əsas önəmli nöqtə nədir? Birinci qanada görə dini izah etməmişdən, hətta Qurandan öncə risalələri oxumaq lazımdır. Təriqətin yaradıcı Səid Nursinin risalələrini oxuyurlar. Bunun müasir qanaddan fərqi nədir? Onlar siyasətə qarışmırlar. Məsələn, bu gün hansı ölkədə olmasından asılı olmayaraq, onlar üçün önəmli olan ancaq dinlə bağlı təbliğatdır. Ancaq digər, müasir dediyimiz qrup isə siyasi proseslərə müdaxilə edir. Məsələn, seçkilərdə kollektiv şəkildə, rəhbərin mövqeyini ifadə edən rəyi nəzərə alaraq seçkilərdə iştirak etmək”.

G.İsmayılovun fikrincə, azərbaycanlıları birləşdirən elə dəyərlər var ki, onları qəbul etməyənlərin dindar olub-olmamasının heç bir əhəmiyyəti yoxdur: "Məsələn, 20 yanvar faciəsini, Novruz bayramını, 28 mayı, 26 iyunu, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü, Şah İsmayılı, Dədə Qorqudu, xalqı ortaq nöqtədə birləşdirən milli-mənəvi dəyərləri, məqamları qəbul etməyənlərə azərbaycanlı demək olar? Bunları qəbul etməyən şəxsin rusdan, amerikalıdan, ərəbdən, farsdan, ingilisdən fərqi varmı? Bunu qəbul etməyən şəxsi onun dindar olub-olmamasının cəmiyyət üçün əhəmiyyəti yoxdur”.

Sədr müavini qeyd edib ki, dövlətin əsas istəyi odur ki, hansı dini yolu seçməsindən asılı olmayaraq azərbaycanlı kimliyini qoruyub saxlasın: "Azərbaycanda dinin yayılmasında heç bir problem yoxdur. İnsanlar dini sərbəst şəkildə, istəklərinə uyğun qanunvericilik çərçivəsində öyrənə bilərlər. Amma bizim istəyimiz budur ki, İslam elə yayılmalıdır ki, onun yayılmasında formalaşmış din xadimi və dini icma üzvü azərbaycanlılıqdan uzaqlaşmasın, azərbaycanlı kimi qalsın. Yəni İslamın təbliğatı nəticəsində formalaşmış dindar insan müsəlman olduğu kimi azərbaycanlı kimliyini də saxlasın”

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol