• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə hakimlərinin səlahiyyət müddəti artırılır

Məhkəmə hakimlərinin səlahiyyət müddəti artırılır
26.12.2014 17:51
Azərbaycanda məhkəmə hakimlərinin səlahiyyət müddəti, təyinatı və həvəsləndirmə qaydalarında dəyişikliklər ediləcək.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisdə "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur.

Milli Məclisdən Trend-ə bildiriblər ki, qanunun 94-cu (Hakimlərin, məhkəmələrin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyalarının sədrlərinin təyin edilməsi) maddəsinin beşinci hissəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə görə, bundan sonra apelyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədrlərinin vəzifəyə təyinatı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq birbaşa deyil, Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən həmin bəndə uyğun aparılacaq.

Qanunun 96-cı (Hakimlərin səlahiyyət müddəti) maddəsinə ediləcək dəyişikliyə görə isə hakim vəzifəsinə ilk dəfə təyin olunmaq üçün qoyulan 5 illik müddət 3 ilədək azaldılacaq. Bundan əlavə, qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməszə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri 65 yaşadək deyil, son yaş həddinədək uzadılacaq. Bununla əlaqədar qanunda səlahiyyət müddətinə qoyulan 70 yaşlıq limit də ləğv olunacaq.

Qanuna ediləcək əlavəyə görə, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrin hakimləri üçün isə 66 yaş müəyyən ediləcək.

"Məhkəmələr və hakimlər haqqında” qanunun 110-cu (Hakimlərin həvələndirilməsi) maddəsi isə tamamilə yeni redaksiyada olacaq. Maddənin yenilənmiş variantına görə, hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq Şurası onlar barəsində qiymətli hədiyyə ilə mükafatlandırmaq, fəxri fərman, fəxri döş nişanı ilə təltif etmək, hakimin təltif olunmasına dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif vermək kimi həvəsləndirmə tədbirləri görə biləcək.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol