• $
  • €
  • ₽
  • ₺
  • £

Regionlarda 6 yeni həbsxana tikilir

Regionlarda 6 yeni həbsxana tikilir
31.12.2014 14:25
Hazırda Azərbaycanın bölgələrində 6 yeni cəzaçəkmə müəssisəsi tikilir. Bunlar məhkumların saxlanma şəraitinin yaxşılaşması və cəzalarının regionlarda, yaşadıqları yerə yaxın yerlərdə çəkməsi üçün tikilir.

Bu sözləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə müsahibəsində deyib.

H.Əlixanov məlumat verib ki, bu ilin dekabrın 29-da Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxılaraq növbəti əfv Sərəncamı imzalayıb. Humanizm prinsiplərinə əsaslanan Sərəncam 87 məhkuma şamil edilib. Bu zaman məhkumların ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınıb.

H.Əlixanov deyib ki, Azərbaycanda əfv sərəncamları 1995-ci ildən tətbiq edilir və bu günədək 6025 məhkuma şamil olunub.

1995-ci ildən ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv sərəncamı imzalanıb və həmin dövr ərzində 3 minə yaxın məhkum əfv olunub.

2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 2923 nəfər məhkuma tətbiq olunub. Onlar azadlığa çıxıb, ailələrinə və yaxınlarına qovuşublar.

Əfv sərəncamlarının mahiyyəti ondan ibarətdir ki, onun hazırlanması üçün müvafiq əfv komissiyası fəaliyyət göstərir. Bu komissiya 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılıb. Rəis müavini komissiya üzvlərinin bütün müraciətlərə baxaraq süzgəcdən keçirdiyini və yalnız əfvə layiq adamların məhkumluqdan azad edilməsi barədə rəy verildiyini vurğulayıb.//AzərTac
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol