• $
  • €
  • ₽
  • ₺
  • £

Dietaya psixoloji hazırlıq

Dietaya psixoloji hazırlıq
16.01.2015 23:00
 
Pəhrizə başlamağa qərar verən hər kəs özünü pəhrizə psixoloji cəhətdən düzgün hazırlamağı bacarmır. Necə ki, əlbəyaxa döyüşün psixoloji hazırlıq metodikası mövcuddur, pəhrizə də psixoloji planda hazırlığın metodikası var.
 
Bu günədək insanlıq bir çox pəhriz fikirləşib, bunlardan çoxu xoş və rahat deyil, amma istənilən pəhriz sizin üçün dəhşətə çevriləcək, əgər ona düzgün yaxınlaşmağı bacarmayacaqsınızsa. Və beləliklə gəlin baxaq, pəhrizə oturmaq ehtiyacı boğazımızdan yapışanda nə etməyə dəyir və nəyi etmək lazım deyil:

1.Pəhrizə ehtiyac olduğunu dərk edin.

Pəhrizə  ehtiyac olduğuna sizin əminliyiniz 100% olmalıdır. Belə əminlik çəkinin normanın çərçivələrini keçdiyi zaman, artıq çəkinin normal həyat fəaliyyətinə mane olduğu zaman yaranır. Kim 2-3 kiloqram yığıbsa, bu onlara aid deyil, onlara bir neçə gün qatıq içmək kifayətdir ki, çəkiləri normaya düşsün.

2.  Pəhrizə başlayacağınız dəqiq tarixi təyin edin.

Pəhrizdə olacağınız dövrün planlaşdırılması ona hazırlıqda çox vacib və məsuliyyətli an olacaq. Pəhriz dövründə siz psixoloji sakitlik vəziyyətində olmalısınız, istənilən stress orqanizmi qoruyucu reaksiyaya məcbur edir  və bu öz növbəsində aclıq hissinin yaranmasına səbəb olur. Həmçinin pəhrizin başlayacağı tarixi təyin edərkən konkret tarix muəyyən edin. Çoxumuz bilirik ki "bazar ertəsindən başlayacam" vədləri bir qayda olaraq, heç bir qüvvəyə malik deyil və yalnız bəhanədir.

3. Kiməsə görə pəhrizə "oturmayın".

Siz nə edirsinizsə yalnız dəyərli olan özünüz üçün etməlisiniz. Sizin məqsədə çatmaq ücün etdiyiniz səyləri, çəkdiyiniz əziyyətləri ətrafdakiılar anlamaya bilər.

4. Stimul təyin edin.

Stimul təlqin etmənin ən güclü silahıdı. Arzu olunan nəticəyə nail olacağınız təqdirdə nə olacağını özünüz üçün müəyyən edin. Harasa səyahət, qızıl bəzək əşyasının alınması və bir çox başqa şeylər stimul ola bilər.

5. Hədəfi dəqiq müəyyən edin.

"Neçə  kiloqram arıqlamaq istəyirsən?" sualına çiyinləri sıxaraq "beş və ya on kiloqram" cavabı dəqiq cavab sayıla bilməz. Pəhrizə "oturmağa" hazırlaşanda siz neçə kiloqram arıqlamaq istədiyinizi dəqiq müəyyən etməlisiniz. Qrama qədər müəyyən edin və hərəkətə başlayın.  Beləliklə, siz özünə konkret hədəf qoyacaqsınız, bu hədəfə çatmaq üçün səylə calışacaqsınız. Bu hərəkətlər sizə inamsızlıqdan qurtulmağa kömək edəcək.

6. Sizin gələcək çəkinizə uyğun olacaq ölçüdə, xoşunuza gələn bir geyim alın (şalvar daha məqsədə uyğundu)

Pəhrizə başlayanda alınmış paltarı elə yerə qoyun ki hər dəfə onu görəsiniz. Siz hər gün (yaxşı olarki həftədə bir)  alınmış şeyi geyinib ölçmək və alınmış nəticədə əmin ola bilərsiniz. Bu sizi həvəsləndirəcək.

7. Tərəzi alın.

Yalnız kiloqramı yox, qramları da göstərən tərəzi almağınız arzu olunandır. Səhər və axşam çəkilərək siz gün ərzində neçə qram itirdiyinizi biləcəksiniz. Bu sizə seçilmiş pəhrizə davam etməkdə stimullaşdıqmaqla yanaşı, həm də seçilmiş pəhrizin effektiv olub olmadığını anlamağa kömək edəcək.

8. Özünə mütləq bir həzzi saxlayın.

Məsələn, əgər şokoladı sevirsinizsə, onu pəhriz zamanı istifadə etməyə davam edin. Şokolad orqanizminizi endorfinlə təmin edəcək və deməli, depressiya sizə güc gələ bilməyəcək. Təbii ki sevimli məhsulun istehlakını  minimuma endirmək lazım olacaq.

Və ən vacib və sadə həqiqəti yadda saxlayın: siz istənilən çəkiylə çox gözəlsiniz sadəcə artıq çəki sizə həyatınızı istədiyiniz kimi yaşamağa mane olursa (çimərliyə getməyə, istədiyiniz kimi rəqs etməyə, övladınızla qaç-tut oynamağa və ya intim həyatda) demək o artıq çəkidən qurtulmaq mütləq lazımdı. Siz güclüsünüz, siz bunu bacaracaqsınız!

Okbody.ru

Gülnaz Məmmədli
 
Kultura.az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol