Umayra Tağıyevaya yeni vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun keçmiş direktoru Umayra Tağıyeva yeni vəzifəyə təyin edilib.
Trend-in əldə etdiyi məlumata görə, sabiq direktor Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun iqlim və aqroiqlim şöbəsində artıq aparıcı mütəxəssis kimi fəaliyyətə başlayıb.
Öz sahəsi üzrə gözəl mütəxəssis olan U.Tağıyeva bu institutda elmi iş müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Qeyd edək ki, U.Tağıyeva öz xahişi ilə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Bu vəzifə hazırda baş hidroloq Asif Verdiyevə həvalə edilib.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur