• $
  • €
  • ₽
  • ₺
  • £

Əhaliyə veriləcək pullar artdı

Əhaliyə veriləcək pullar artdı
18.02.2015 19:02
Yanvar ayında ünvanlı sosial yardım alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 min 675 ailə azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar ayında ölkəmizdə 107 min 761 ailə (470 min 237 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb. Bu isə ötən ilin yanvar ayı ilə müqayisədə 38 min 675 ailə (168673 nəfər ailə üzvü), yəni 26,4 faiz azdır. 

Ünvanlı sosial yardım təyin olunan ailələrin sayının azalması təyin olunan yardımların məbləğinin yüksəlməsi ilə müşahidə olunur. Belə ki, ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 10,3 faiz artaraq 138,89 manata, adambaşına düşən orta aylıq məbləği isə 10,3 faiz artaraq 31,83 manata yüksəlib. 

Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 222 min 589 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5 min 305 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 5 min 822 nəfər təşkil edir. Hazırda yardım alan ailələrin 30823-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Sosial yardımların təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə 2013-cü ilin sonlarından etibarən ünvanlı sosial yardım alan ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. 

Hazırda ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri aparılır. Mütərəqqi beynəlxalq təcrübə əsasında qurulan bu sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutur.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol