• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xarici jurnalistlərin akkreditə qaydaları təsdiqləndi

Azərbaycanda xarici jurnalistlərin akkreditə qaydaları təsdiqləndi
10.04.2015 15:49
Xarici İşlər Nazirliyi "Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditə olunması Qaydaları”nı təsdiq edib.

Oxu.Az xəbər verir ki, bu qaydalar Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici kütləvi informasiya vasitələrinin müxbir və operatorlarının akkreditəsi qaydalarını müəyyən edir. Xarici KİV nümayəndələrinin akkreditəsi "Kütləvi informasiya vasitələri haqqında” qanunu, müvafiq dövlətlərarası müqavilələr və bu qaydalar ilə tənzimlənir.

Xarici KİV nümayəndələrinin akkreditəsi Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələrinin akkreditəsinə öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi informasiya vasitələrinin nümayəndələrinə münasibətdə cavab olaraq Azərbaycan ərazisində eyni məhdudiyyətlər qoyula bilər.

Xarici KİV nümayəndələrinin akkreditəsi üçün şəxsin təmsil etdiyi kütləvi informasiya vasitəsi rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu, ərizə-anketi, iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil, pasport və ya digər sərhədkeçmə sənədinin surəti, xidməti vəsiqənin surəti, tərcümeyi-hal sənədləri tələb olunur.

Tələb olunan sənədlər XİN-ə poçt, Azərbaycanın diplomatik nümayəndəlikləri və ya konsulluqları, XİN-in internet saytındakı elektron xidmət vasitəsilə və ya şəxsən təqdim edilə bilər. Akkreditasiya barədə müraciətə 30 gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici KİV nümayəndələrinə akkreditə kartı verilir.
Kartın etibarlı olduğu dövr ərzində onun sahibinə Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

Xarici KİV nümayəndələrinin akkreditəsi peşə fəaliyyətini həyata keçirmələri üçün tələb olunan, lakin 1 ildən artıq olmayan müddətə olur. Uzunmüddətli akkreditə 1 illik, qısamüddətli isə konkret səfər müddətinə olur.

Müddəti bitəndən sonra uzadılması və ya yenidən akkreditə üçün xarici kütləvi informasiya vasitəsinin XİN-ə müraciət etməsi tələb olunur.

Qaydalarda xarici KİV nümayəndələrinin akkreditəsindən imtina olunacaq hallar da qeyd olunub. Belə ki, saxta və ya yanlış məlumat təqdim edildikdə, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər etdikdə, ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə akkreditasiyadan imtina edilir.

Akkreditə qaydaları pozulduqda, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət həyata keçirildikdə, Ermənistan tərəfindən Azərbaycanın işğal olunan ərazilərinə XİN-in razılığı olmadan səfər edildikdə, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda və ya bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda, Azərbaycan XİN tərəfindən akkreditə ləğv edilir.

Peşə fəaliyyəti vaxtından əvvəl bitdikdə, kartın üzərində göstərilmiş etibarlılıq müddəti qurtardıqda və ya akkreditə ləğv edildikdə kart XİN-ə təhvil verilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol