• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi ixtisaslara qəbul zamanı minimal keçid balı tətbiq ediləcək

Bəzi ixtisaslara qəbul zamanı minimal keçid balı tətbiq ediləcək
08.05.2015 12:39
Bal tələbi yalnız I qrupun 6 ixtisasında nəzərə alınacaq

"Təhsil Nazirliyi tərəfindən bu ildən ali təhsildə müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbinin tətbiq edilməsi ilə bağlı təkliflər verilib. Bu təkliflər qəbul olunub və bu il keçiriləcək qəbul imtahanlarında nəzərə alınacaq”.
 
Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
 
TQDK sədrinin sözlərinə görə, bu yenilik yalnız I ixtisas qrupu üzrə tətbiq ediləcək.
 
M. Abbaszadə qeyd edib ki, cari ildən ali məktəblərə qəbul zamanı müsabiqəyə buraxılmaq üçün minimal bal tələbi yalnız I qrupun 6 ixtisasında nəzərə alınacaq: "Bu yeniliklər barədə ali məktəblərə ixtisaslarla əlaqədar elanı hazırlananda, bakalavriat pilləsinə qəbul qaydaları açıqlananda ətraflı məlumat veriləcək”.
 
Qeyd edək ki, bu vaxta kimi olan qaydalara əsasən, hər bir ixtisas üzrə minimal keçid balı qəbul imtahanlarından sonra abituriyentlərin göstərdiyi nəticələrə uyğun olaraq formalaşırdı. Bu ildən isə yalnız I qrupun 6 ixtisasına qəbul zamanı imtahanlardan öncə müəyyən edilən minimal keçid balını toplamaq tələb olunacaq. Digər ixtisaslarda isə qaydalar olduğu kimi qalacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol