• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclər üçün inanılmaz fürsət - FOTOLAR

Gənclər üçün inanılmaz fürsət - FOTOLAR
01.06.2015 16:41
GR8 təklif edir: ingilis dilini öyrənməklə bərabər başqa bacarıqlar da inkişaf etdirilir.

Qaynar.info xəbər verir ki, 30 may 2015-ci il tarixdə GR8 ingilis dili Şəxsi İnkişaf Klubunun açılışı baş tutub. "Cafemedia”da keçirilən açılış mərasimində GR8 Şəxsi İnkişaf Klubunun təsisçiləri Nigar Məmmədova, Coşqun Kərimov, Leyla Surxayzadə və Aygün Novruzova proqram haqqında ətraflı danışaraq, klubun əsas məqsədi və fəaliyyət sahələri barədə tədbir iştirakçılarını məlumatlandırdılar.

GR8 ingilis dilində fəaliyyət göstərən şəxsi inkişaf klubudur. GR8 tədris proqramı səkkiz dərsi əhatə edir və kursu uğurla başa vuran hər bir şəxs, ingilis dilində tez və səlist danışacaq, yazı və ünsiyyət bacarıqlarını yaxşılaşdıracaq, gizli bacarıqları üzə çıxaracaqdır. Proqramın tədrisi zamanı karyera, biznesin inkişafı, motivasiya və başqa mövzularda müzakirələr, videolar və yeni məlumatlar paylaşılacaqdır.

GR8 konsepti daha çox fitnes klub konseptinə bənzəyir. Trenajor zalı və əzələlər arasındakı balansa nəzər yetirsək, aydın olar ki, GR8 proqramı da iştirakçıların beyni ilə oxşar əlaqə yaradır. İlk dərsdə beynin müəyyən "əzələlərinin" uzun müddət istifadə edilməyi hiss ediləcək, lakin növbəti dərslərdə ardıcıl olaraq iri həcmli yazı və danışıq tapşırıqlarını yerinə yetirmə bacarığı əldə ediləcəkdır. Proqram zamanı müraciət ediləcək hədəfi təyin etmə, qərarvermə, vaxtın idarə olunması, şəxsi qiymətləndirmə testləri və s. mövzular birbaşa iştirakçıların şəxsi inkişafını nəzərdə tutur.

GR8 klubuna ingilis dilində səlis danışmaq arzusunda olan hər kəs, o cümlədən xaricdə təhsil almaq istəyən, xaricə səfər edən şəxslər, beynəlxalq şirkətlərdə çalışanlar, danışıqlarını bərpa etmək istəyənlər, təqdimatlar üçün hazırlaşanlar və s. müraciət edə bilərlər. Qeyd edək ki, proqramın instruktorları xarici ölkələrdə təhsil almış və işləmiş təcrübəli təlimçilərdir.

Proqram haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz: C.Cabbarlı küç., Caspian Plaza 1, 7-ci mərtəbə,  055 292 24 42; Ətraflı Linklər burada: GR8







www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol