• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə naziri: “Yeni qaydalar hədsiz qiymət artımını aradan qaldıracaq”

Səhiyyə naziri: “Yeni qaydalar hədsiz qiymət artımını aradan qaldıracaq”
17.06.2015 17:11
17 iyun Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə Səhiyyə Nazirliyində geniş tədbir keçirilib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, nazir Oqtay Şirəliyev tibb işçilərini təbrik edərək bildirib ki, dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan dövləti səhiyyə sahəsində vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib: "5 il əvvəl əhalinin dövlət tibb müəssisələrinə etibarını qazanmağa çalışırdıqsa, müraciətlərin sayının çoxalmasına sevinirdiksə, indi bu vəzifələr artıq çoxdan həll edilib. Artıq ölkəmizdə əvvəllər ümumiyyətlə olunmayan çox mürəkkəb əməliyyatlar aparılır, o cümlədən böyrəkköçürmə, qaraciyər transplantasiyası, açıq ürək əməliyyatları geniş vüsət alıb. Bu ildən etibarən daha bir yenilik Yanıq Mərkəzində plastik rekonstruktiv cərrahiyyə əməliyyatlarının icra edilməsidir. Əməliyyatların sayı artsa da, əməliyyatdan sonra ölüm halları dəfələrlə azalıb”.
 
Nazir əlavə edib ki, iyun ayının 1-dən ölkəmizdə nikaha daxil olan hər kəsin tibbi müayinədən keçməsi nəticəsində doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olunacaq: "Bu ildən tətbiq olunan daha bir addım da talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət daşıyır. Nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir. Bu zaman onlar İİV infeksiyasına, zöhrəvi xəstəliklərə və hemoqlobinopatiyalara görə müayinə edilirlər. Artıq dövlət proqramı ilə əhatə olunan xəstəliklərin siyahısına hepatit və dağınıq skleroz da əlavə olunub”.
 
Nazirin sözlərinə görə, ötən peşə bayramından keçən bir il ərzində Azərbaycan səhiyyəsində daha bir yenilik toksikoloji laboratoriyanın açılması olub. Üç ay ərzində ölkə üzrə 5,4 milyon nəfərin müxtəlif müayinələrdən keçirildiyini deyən nazir əlavə edib ki, vətəndaşların sağlamlığının qorunması sahəsində əhəmiyyətli hadisələrdən biri də əhalinin kütləvi dispanserizasiyasıdır.
 
O. Şirəliyev qeyd edib ki, Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətlərinə nəzarət qaydalarının təsdiq edilməsi ilə hədsiz qiymət artımı aradan qaldırılacaq.
 
Nazir əlavə edib ki, son bir ildə tibb işçilərinin ixtisas səviyyələrinin artırılması baxımından da xeyli iş görülüb.
 
Daha sonra səhiyyə işçilərinin "Tərəqqi” medalı, "Əməkdar Həkim” və "Əməkdar Müəllim” medal və adlarla təltif edilməsi haqqında prezident İlham Əliyev Sərəncamı səsləndirilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol